rubellus və Qırmızı hibrid (1947, Heqq Karter). Qurdların becərilməsində
216
əsas texnoloji vasitə uzunu 2 m, eni 1 m, hündürlüyü 0,40,6 m olan üzvi
qidalı kütlədən ibarət ləklərdir. Bir yatağın sahəsi 2 m2-dir. 1 yatağa il
ərzində 1,0-1,2 ton üzvi kütlə tələb olunur. 1 ha faydalı torpağı tutan 1200
yataqdan ibarət olan vermitəsərrüfat optimal hesab olunur.
Bir yuvada qurdların optimal sıxlığı 50-100 min yaşlı və cavan qurd,
eləcədə içərisində yumurta olan baramalar. Müəyyən olunub ki, çox halda
vermikulturanın məhsuldarlığı yataqların məskunlaşma sıxlığından asılıdır.
Əgər sıxlıq artıqdırsa, qurdların oyanıqlığı artır və stress yaranır, yerdəyiş-
məsinə səbəb olur ki, onların çoxalmasıba mənfı təsir edir. Aşağı sixlıqda da
qurdların məhsuldarlığı və biohumusun çıxımı azalır. Ana qurdların çoxal-
dılmasında standart yataqlardan istifadə olunur. Bu zaman sıxlıq 1 m2-də
1,5-2,0-dən 10-12 min fərd ola bilər. Son məqsəddən asılı olaraq substratın
məskunlaşma sıxlığı müəyyəniəşdirilir. Aydmlaşdırmaq lazımdır ki, vermin
təsərrüfat qurdları çoxaldacaq, yoxsa biohumus istehsal edəcək, ya da hər
ikisini eyni vaxtda edəcək. Yataqların sayını, onlardakı qurdların sayını
bilərək yaş qruplarına görə (təxminən, cavan fərdlər -60,1%, yaşlı fərdlər
21,8%, baramalar -19,1%-ə) populyasiyanın orta tərkibinı bilərək, hər bir
konkret halda tələb olunan yemin kütləsini təyin etmək olar.
Qurdları üzvi maddələrlə yemləyirlər, hansı ki, bura məişət və başqa
tullantılar, lil, peyin, çirkab suları və s. aiddir ki, onlardan dənəvər struktııra
yaratmaq üçün müxtəlif nisbətdə bərk üzvi komponentlər -tamamlayıcılar
əlavə olunur. Bu ağac qabığı, yarpaq (təzə xvoyadan başqa) və s. ola bilər.
Hesabda, təxminən 100 min qurda 1000 kq/ha-ya yaxın substrat tələb
olunur.
Substrat qurdlar üçün iki qat əhəmiyyət kəsb edir: birincisli о qurdlara
yaşayış yeri kimi xidmətedir, ikincisi, bu qidadır, onların həyat fəaliyyətinin
müəyyən səciyyəsini təmin edir. Substratın strukturuna və onun kimyəvi
parametrlərinə xüsusi tələbatın olması təsadüfi deyil: nəmlik 70-80%; metal,
şüşə, daş və s. kimi cisimlərin olunması yolverilməzdir, mühitin neytral
reaksiyası (optimal 6,8...7,2) olmalıdır, dəmir oksidləri 10 %-dən çox olma-
malıdır.
Dostları ilə paylaş: