Ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsulları istehsalı üçün biohu-
musun prolonqir (uzunmüddətli) təsirli gübrə kimi tətbiqinin perspek-
tivləri. Yağış qurdlarının «torpaq-bitki» sistemində toksikantların təsirini
dəyişmək xüsusiyyəti yaxın konsentrasiyalarda maddələrin bioloji dövranını
azalmaq, canlı orqanizmiər üçün təhlükə yaradan, biohumusım köməyi ilə
ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının almağa kömək edir. Belə
ki, hətta biohumusda ağır metallar olarsa, xəlitə tipli birləşmələrin tərkibin-
də olduğundan bitkilər tərəfindən çox az mənimsənilir. Qurdların və biohu-
musun torpaqda və üzvi gübrələrdə tapılan radionuklidləri birləşdirmək
imkanları müəyyənləşdirilmişdir, həmçinin ağır metalların bitkilərə daxil
olmasını kəskin azaltması. Ural ETKTİ-nun məlumatlarına görə 6 t/ha
biohumus verməklə kartof yumrularında radinuklidlər 5...9 dəfə azalıb.
Biohumusun kənd təsərrüfatı məhsullarının tərkibində nitratların miqdarının
azaltmasına müsbət təsiri və məhsuldarlığı artırmaqla, qidalılıq dəyərinin
yaxşdaşdırması da müəyyənləşmişdir. Məsələn, istixana qruntuna 20%
biohumusun verilməsi (fraksiya <3 mm) (pomidor və xiyar) məhsuldarlığını
10-30% artıb. Bu zaman С vitaminin miqdarı 8-23% artıb, nitratların miq-
darı 19-60% azalıb. Oxşar hadisə qarğıdalı becərilməsində də müşahidə
olunub.
3>
Dostları ilə paylaş: |