M ü n d ə r I c a t


 Biohumus və onun aqroekoloji qiymətləndirilməsi



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə180/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   437
2.8.2. Biohumus və onun aqroekoloji qiymətləndirilməsi 

Qurdlardan istifadə  əsasında alınan preparatlar biohumusdur.  Qurdla-

rın becərilməsi əsasında ən qiymətli üzvi gübrələr hazırlanır, onlar da «bio-

humus» adını almışlar.  (Bu qurdlar  tərəfindən  emal olunan məhsulun rek-

lam adıdır). 

Biohumus  -torpaq  ətri  verən  qəhvəyi-böz  rəngli  kəltənvari  mikro-

qranulyar maddədir. 

Biohumusun  tərkibində  bitkinin  qidalanması  üçün  lazım  olan  yaxşı 

balanslaşmış  və  yüngül  mənimsənilən  formada  maddələr  var.  Quru  üzvi   

maddənin  orta  miqdarı  biohumusda  50  %,  humus -18 %, mühitin reak-

siyası,  bitki  və  mikroorqanizmlər  üçün  əlverişii  olan  pH  6,8-7,4,  ümumi 

azotun  orta  qiyməti  2,2  %,  fosfor  2,6%,  kalium  2,7  %  və  s.  Bundan  başqa 

biohumusda  praktiki  olaraq  bütün  vacib  mikroeleınentlər  v.ə  bioloji  aktiv 

maddələr tapılmışdır, hansı ki, tərkibində fermentlər, vitaminlər, hormonlar, 

auksinlər, heteroauksinlər və s. 

Biohumusun ən yaxşı nümunələrinin 1 q-da bir neçə milyardlar mikro-

orqanizm tapılıb, hansı ki, peyində tapılan mikroorqanizmlərin miqdarını də-

fələrlə  örtüb  keçir  (təxminən,  150...350mln  hüceyrə).  Biohumus  yüksək 

frmentatıv aktivliyi ilə tərqlənir, xüsusən də oksidereduktaza fermenti ilə. 

Qeyd etmək lazımdır ki, biohumusda olan üzvi maddələr əhəmiyyətli 

miqdarda  humin  turşuları  (31,7. . . 41,2%)  və  fulvioturşularla  ( 2 2 , 3 . . .  

34,8%) özünü göstərir. 

Humin  turşuları  arasında  ə n   qiymətli  fraksiya  Ca  humatları  (43,3 

. . . 47,6%).  Vermikompost  fulvat-humat  tipli  humus  (C

q.k 



f.к.т. 



=1,18. . .  

1.42)  torpağın  aqronomik  qiymətli  strukturunu  formalaşdırır.  Biohumusda 

olan  qida  elementləri,  torpağın  mineral  komponentləri  ilə  qarşılıqlı  təsirdə 

olan,  mürəkkəb  kompleks  birləşmələr  formalaşdırır.  Buna  görə  onlar 

yuyulmadan  mükəmməl  qorunur,  suda  tədricən  həll  olıır,  bitkinin  uzun 

müddətli qidalanmasını təmin edir ( 2 . . . 3 ildən az olmayaraq). Qorodniy və 




211 

 

başqaları  (1990)  hesab  edir  ki,  1  t  biohumusda  45  k q   qida  elementləri 



(NPK.)  olur  v ə   çox  vaxt  biohumus  öz  qidalılıq  dərəcəsinə  görə  üzvi 

gübrələri  ötüb  keçir.  Biohumusda  qranulların  ölçüsündən  asılı  olaraq 

aşağıdakı növlərə ayrılırlar. 

 Moder  (qranul  0,3. . . 0,7  m m ) biohumusun  yumşaq  fraksiyalandır. 

Onu bostan,  parnik, istıxana və oranjereya bitkilərinin yemləndirilməsində 

istifadə edirlər. 

Моr-(qranul 0,7. . . 1mm)-biohumusun ən iri fraksiyasıdır. Bitkiçilikdə, 

bostan və bağçılıqda tətbiqi nəzərdə tutulub. Onun əkin cərgələrinə, xəndək 

və yuvalara tətbiq edirlər. 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin