Substratın fermentasiyası. Hazırlanan substrat fermentasiya mərhəl-
əsini keçəndə onda olan helmintlərin yumurta və sürfələri, eləcə də alaq
otların toxumları məhv olur. Fermentasiyanı həm təbii, həm də sürətlən-
dirilmiş rejimdə aparmaq olar. Təbii rejimdə üzvi tullantıların növündən ası-
lı olaraq 6-7 ay proses davam edir. Sürətləndirilmiş rejimdə bu müddət 1-3
ava qədər qısalır. Fermentasiyanı tezləşdirmək üçün qalıqlara buralara yığır,
sonra boru ilə üstünə 50-60°C temperaturda isti buxar vurulur. Özü qızış-
mağa imkan olmayan substrat 20-30 sm qalınlıqda sərilir və 1,0-1,5 m
enində, tam isladılaraq 70-80% nəmləndirilir. Sonra 10-15 gün saxlanılır.
Bundan sonra 1 m2-ə 1,5-2,5 min fərd olmaqla qurdlar məskunlaşdırılır.
Substratın nəmllyini qorumaq üçün onu doğranmış saman və ya xaşa ilə
örtürlər.
Fermentasiya prosesində kimyəvi reaksiya gedir, nəticədə peyində
olan sidik və hippur turşusu. parçalanırlar, (NH
4
)
2
СОз-a keçir. Hansı ki,
NHз, C0
2
və Н
2
0 ayrılır.
C
6
H
5
CONHCH
2
COOH →(NH
4
)
2
СOз →NH
3
+ CO
2
+ Н
2
O
Baza substratın əlverişliyinin son nəticəsi «50 qurd nümunəsi» ad-
lanır. Əgər gündüz və ya güclü süni işıqlandırmada az miqdarda substrat da
yerləşdirilmiş 50 qurd nümunəsi həmin dəqiqə substratın dərinliyinə girib 1
sutka gizlənsə, deməli substrat qurdlanma üçün hazırdır. Qurdların təsirin-
dən substratın parçalanmasının sürəti, peyinin yetişməsi sürətindən 2-3 dəfə
artıqdır.
Dostları ilə paylaş: |