M ü n d ə r I c a t


  Ərazinin  ekoloji vəziyyətinin  qiymətləndirilməsinin



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə191/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   437
2.9.   Ərazinin  ekoloji vəziyyətinin  qiymətləndirilməsinin 

 kriteriyaları 

     


2.9.1. Ümumi qaydalar  

Ekoloji  problemlərin  kəskinləşdiyi  ərazilərdə,  bunun  nəticəsi  olaraq 

əhalinin  həyat  fəaliyyəti  və  sağlamlığı  pisləşir,  təbii  ətraf  mühiti  ciddi 

pozulan  xüsusi  zonaların  hüquqi  status  alması  qanunauyğundur.  Ekoloji 

situasiyaların çox kəskinləşdiyi regionlarda, harda ki, təbii mühitin vəziyyəti 

əhalinin həyatı üçün təhlükə yaradır, ayrı-ayrı ekoloji poblemlər və ya oların 




219 

 

cəmi isə böhran halına çatırsa,  əlverişsiz şəraitin bu və  ya digər  ərazisi  ya-



ranma mexanizmi və neqativ nəticələrin mümkün olan neytrallaşma tədbir-

ləriylə  fərqlənirlər.  Buna  görə  də  fövqəladə  ekoloji  hadisələr  və  ya  ekoloji 

fəlakət  zonasının  seçilməsi  ekoloji  problemlərin  həllinə  təkan  verməlidir 

(məsələn,  uyğun  texnoloji  istehsalın,  suyun  və  havanın  təmizlənməsi  üçün 

qurğuların  tətbiqi,  əlavə  müalicə  -  istirahət  obyektlərinin  tikilməsi  üçün 

maliyə və maddi ehtiyatların prioritet ayrılması yolu ilə).  

90-cı illərdə Rusiyada aparılan analizlərin nəticəsi göstərdi ki, ən çox 

əlverişsiz ekoloji hadisələr (kəskin və çox kəskin) bütün ərazinin 15% - də - 

2,5mln.km

-də  qeyd olunmuşdur.  Deqradasiyaya uğramış  otlaq sahələri  də 



nəzərə alınarsa, bu ərazi 18-20%-ə çata bilər. Şəhər əhalisinin 20%-i ekoloji 

əlverişsiz şəraitdə yaşayır. Federasiyanın bir çox subyektlərində xüsusi eko-

loji  əlverişsiz  zonalar  qeydə  alınır.  Bu  ekoloji  təhlükəli  vəziyyətlər  əsasən 

antropogen təsirlərdən sonra  yaranır: dağ-mədən işlərindən sonra, qurunun,  

su  obyektlərinin  çirkləndirilməsi,  atmosferin  sənaye  və  nəqliyyat  fəaliy-

yətindən  pisləşməsi,  meşə  massivlərinin  yanma  və  qırılması  nəticəsində 

deqradasiyaya  uğraması,  xüsusi  mühafizə  olunan  təbii  ərazilərin  rejiminin 

pozulması, radioaktiv çirklənmə və s.    

1992-ci  ildən  ətraf  təbii  mühitin  və  insanların  sağlamlığının  qiymət-

ləndirilməsi  üçün  ərazinin ekoloji  vəziyyətinin  qiymətləndirilməsinin krite-

riyaları müəyyən olundu. 

Ərazinin  ekoloji  vəziyyətinin  qiymətləndirilməsində  və  ekosistemin, 

onun biotik və abiotik komponentlərinin vəziyyətinin qiymətləndirilməsinin 

ən  geniş  və  informativ  kriteriyalarının  seçilməsində  kompleks  yanaşma 

məqsədəuyğundur. Belə yanaşmanın ilkin konseptual qaydası ayrı-ayrı mü-

hitlərin  ballarla  ifadə  olunan  vəziyyətlərinin  mexaniki  cəmləşdirilməsindən 

və  bütövlükdə  ekosistemin  vəziyyətinin  qiymətləndirilməsindən  imtina  et-

məkdir. Bu halda təbii komponentlərin funksional vəhdəti nəzərə alınır, baş-

qa sözlə ümumi qiymət biotik və abiotik faktorların vəziyyətinin qiymətlə-

rindən formalaşır. Ekosistemin vəziyyətini kifayət qədər etibarlı informasiya 

almağa  imkan  verən  məhdud  sayda  kriteriyalarla  qiymətləndirirlər.  Belə 

yanaşmada  həm  subyektivizmdən  qaçılır,  həm  də  ekosistemin  vəziyyətini 

müəyyənləşdirən  səbəbin  açılmasına  imkan  yaranır  ki,  bu  da  dəqiq  təbiəti 

sabitləşdirən tövsiyyələrin hazırlanması üçün əsasdır.          

Baxılan  konseptual  qaydalar  ilkin  informasiyanın  kifayət  qədər 

qənaətlə alınmasını təmin edir (müxtəlif statistik məlumatlar, aerofotoçəkiliş 

materialları,  laboratoriya  analizlərinin  məhdud  həcmi).  İlkin  nəticələrin  bu 

cür  qiymətləndirilməsi  ən  geniş  həcmli  və  xərcli  tədqiqatların  planlaşdırıl-

masına imkan verir.  



220 

 

Praktiki  olaraq  konsepsiyanı  həyata  keçirmək  olar  bir  şərtlə  ki,  həm 



həm ekosistemin, həm də onu yaradan komponentlərin qiymətləndirilməsinə 

vəhdət halında yanaşılsın.      

Ərazinin ekoloji vəziyyətinin təsnifatı  təbii - antropogen pozulmalar 

nəticəsində  ekoloji  əlverişsizliyin  dərəcəsinin  artmasına  görə  müəyyən 

olunur: nisbətən əlverişli – N (norma); gərgin və ya şərti- əlverişli R (risk); 

böhranlı  və  ya  qeyri-qənaətbəxş  –  B  (böhran)  fövqəladə  ekoloji  hadisələr 

zonasına  oxşar  olan;  qəza  vəziyyəti  (fəlakət)  –F  ekoloji  fəlakət  zonalarına 

uyğun gəlir. 

Bu  səviyyələrə  ayrılmanın  əsasında  ekosistemlərin  pozulmasının  də-

rinliyinə və geri döməyən olmasına görə sıralanması, başqa sözlə, morfoloji 

faktorların  real  fiziki  ifadələri  durur.  Aşağıdakı  pozulma  zonalarını  və 

vəziyyətlərin siniflərini fərqləndirmək qəbul olunur:                                                                                                                                                            



Ekoloji norma, (N) və ya ƏTM vəziyyətinin  qənaətbəxş sinfi, ekosis-

temin  məhsuldarlığı  və  davamlığının  hiss  olunacaq  dərəcədə  pozulmayan 

ərazilərini, onun nisbi sabitliyini əhatə edir; əhalinin sağlamlığı kafidir. Qiy-

mətləndirmənin  birbaşa  kriteriyalarının  qiyməti  YVQ-dan  və  ya  fon  qiy-

mətindən aşağıdır (deqradasiya torpaqları sahənin 5%-dən çox deyil). 

Ekoloji  risk,  (R)  və  ya  ƏTM-in  şərti-qənaətbəxş  sinfi,  ekosisteminin 

məhsuldarlığı  və  davamlığı  hiss  olunacaq  qədər  pozulan  ərazilər  mövcud-

dur, onun vəziyyəti qeyri-sabitdir, ekosistemi spontan deqradasiyaya uğrada 

bilər,  lakin  hələlik  geri  dönən  pozuntularla.  Ərazi  ağılla  təsərrüfat  istifa-

dəsini  və  onun  yaxşılaşdırılması  üçün  tədbirlərin  planlaşdırılmasını  tələb 

edir;  əhalinin  sağlamlığı  bir qədər pisləşib.  Qiymətləndirmənin  birbaşa kri-

teriyalarının qiyməti  YVQ- dan bir qədər yüksəkdir, (deqradasiya torpaqları 

sahənin 5- 20% -i qədərdir).   



Ekoloji  krizis,  (Böhran  B)  və  ya  ƏTM  qeyri-qənaətbəxş  sinfi  (föv-

qaladə ekoloji situasiyalar). Bu zonaya çətin dönən pozuntularla ekosistemin 

məhsuldarlığı kəskin aşağı düşür və davamlığı itir; əhalinin sağlamlığı ciddi 

təhlükə  altında  qalır.  Təbii  ekosistemlərin  vəziyyətində  davamlı  mənfi 

dəyişikliklər  baş  verir  (növ  müxtəlifliklərinin  azalması,  ayrı-ayrı  bitki  və 

heyvan  növlərinin  yoxa  çıxması,  genofondun  pozulması).  Ərazinin  seçmə 

təsərrüfat  istifadəsi  və  onun  dərindən  yaxşılaşdırılmasının  planlaşdırılması 

lazımdır. Qiymətləndirmənin  birbaşa göstəricilərin qiyməti YVQ-dan xeyli 

yüksəkdir (deqradasiya  torpaqları sahənin 20-50%-ni əhatə edir).  

Ekoloji  fəlakət  (qəza  F)  və  ya  mühitin  vəziyyətinin  fəlakət  sinfi:  o 

ekosistemin  praktiki  olaraq  geri  dönməyən  proseslərlə  (ölü  zona)  məhsul-

darlığını tamamilə itirmiş ərazilərini əhatə edir; əhalinin sağlamlığı əhəmiy-

yətli dərəcədə pisləşib. Təbii ekosistemlrin dağılması baş verir (təbii tarazlıq  

pozulur,  flora  və  fauna  deqradasiyaya  uğrayır,  genefond  məhv  olur). 




221 

 

Qiymətləndirmənin birbaşa kriteriyalarının qiyməti YVQ-dan çox dəfə artıq 



olur (deqradasiya torpaqları sahənin 50 %-dən çoxdur).  

Qeyd  olunduğu  kimi,  daha  reprezentativ  göstəricilərə  görə  zonaların 

xarakteristikası  və  ərazinin  ekoloji  vəziyyətlərinin  sinifləri  verilir,  ancaq 

mütləq  qiymətləndirmənin  tematik,  məkan  və  dinamik  kriteriyalarının  isti-

fadəsi və qarşılıqlı hesabatı ilə birgə. Qeyd etmək vacibdir ki, ekosisteminin 

vəziyyətinin  vahid  inteqral  göstəriciləri  mövcud  deyil,  lakin  daha  repre-

zentativ  göstəricilərin sayı optimal minimuma çatdırıla bilər. Buna görə də, 

ərazinin vəziyyətinin ekoloji qiymətləndirilməsi, geosferin (yaşayış yerinin) 

vəziyyətini açmaqla, ekosistemin vəziyyətinin inteqral morfoloji qiymətlən-

dirilməsindən  ibarət  ola  bilər.  Yalnız  bu  cür  qiymətləndirmək  olar  ekosis-

teminin  müsair  vəziyyətini,  eləcə  də  texnogenezin  təsirini  nəzərə  almaqla, 

həm  də  bu  vəziyyətin  səbəblərini.  Ayrı-ayrı  ərazilərin  ekoloji  vəziyyətini 

qiymətləndirən  kriteriyaların  seçilməsinə  və  əsaslandırılmasına  xüsusi 

diqqət ayırmaq lazımdır. 

Ekosisteminin və geosfer qabığının vəziyyətini qiymətləndirən göstəri-

cilərin təsnifatına və ierarxiyasına bir necə yanaşma mövcuddur.     




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin