2.9.3. Atmosfer havasının çirklənməsinin qiymətləndirilməsi
Atmosferin qiymətləndirilməsi birbaşa, dolayı və indiqator kriteriyalar
sistemini xarakterizə edən, tədqiq olunan hava hovuzunun çirklənməsinin
inteqral uçotuna əsaslanır.
Birbaşa kriteriyalar - geohidrokimyəvi, geodinamik, tibbi-sanitar və
ehtiyatlar kriteriyasını özündə birləşdirir.
Geohidrokimyəvi kriteriyalar qrupu kimyəvi, mexaniki, geosferin
radionuklid çirklənməsini, tibbi-sanitar isə bakterioloji çirklənməni qiymət-
ləndirməyə imkan verir. Geodinamik kriteriyalar qrupu təbii və antropogen
geoloji proseslərlə pozulmuş geosfer sahəsinin, ehtiyatlar isə insan cəmiy-
yətini daxil etməklə, biotun normal mövcud olması üçün lazım olan ehtiy-
yatların qiymətləndirilməsi üçün lazımdır.
Qiymətləndirmənin dolayı kriteriyaları geosferin müasir vəziyyətini,
çox qarşılıqlı əlaqədə olan (atmosfera və torpaq, atmosfera və bitki və s.),
qarışıq mühitin qiymətləndirilməsi kriteriyalarıyla qiymətləndirməyə imkan
verir.
Qiymətləndirmənin indiqator (indiqatsiyon) kriteiyaları, bir qayda
olaraq, bu və ya digər geosferin (təbii mühitin komponenti) vəziyyətinin
ümumi mənzərəsini verir.
Dostları ilə paylaş: |