M ü n d ə r I c a t


  Əhalinin  yaşayış  mühitinin  dəyişməsinin  qiymətləndirilmə-



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə198/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   194   195   196   197   198   199   200   201   ...   437
2.9.2.  Əhalinin  yaşayış  mühitinin  dəyişməsinin  qiymətləndirilmə-

sinin kriteriyaları 

Əhalinin  sağlamlığının vəziyyəti atmosfer havasının,  suyun, torpağın 

və  digər  komponentlərin    çirklənməsinin  kriteriyaları  və  göstəricilərinin 

cəminə görə qiymətləndirilir.  

Əsas tibbi-demoqrafik göstəricilərə ətraf mühitin çirklənməsi ilə bağlı 

olan  xəstəliklər,  uşaq  ölümləri,  tibbi-gigiyenik  pozulmalar,  spesifik  və 

onkoloji xəstəliklər aiddir.  

Ekoloji  əlverişsiz  ərazinin  tibbi-demoqrafik  göstəriciləri  eyni  təbii 

zonada  nəzarət  (fon)  ərazisinin  analoji  göstəriciləri  ilə  müqayisə  olunur. 

Nəzarət  (fon)  kimi  tibbi-demoqrafik  göstəricilərin  daha  əlverişli  qiymətləri 

qeydə  alınan  yaşayış  məntəqələri  (ya  da  onların  ayrı  -  ayrı  hissələri)  götü-



228 

 

rülür. Bu göstəricilər kənd və şəhər yaşayış yerləri üçün bir neçə punkt üzrə 



fərqli təyin olunmalıdır. Bir neçə minimal göstəricilərin orta qiyməti nəzarət 

(fon) kimi qəbul olunur. Nəzarət qiymət kimi respublika, ölkə, vilayət üzrə 

yalnız  orta  qiyməti  istifadə  etmək  olmaz.  10  il  müddətində  və  bu  müddət 

ərzində  onların dinamikası görə hesablanmış göstəricilərə üstünlük verilir. 

Yalnız  nisbətən  az  rast  olunan,  eləcə  də  antropogen  mənşəli  ətraf  mühit 

faktorları  ilə  etioloji  bağlı  olan  spesifik  xəstəliklər  və  sağlamlığın  vəziy-

yətinin bəzi digər pozuntuları istisna olunur. Nəzarət rəqəmi kimi ərazi üzrə 

əvvəlki illərin məlumatlarından istifadə etməyə yol verilir.  

Əlahiddə  ekoloji  hadisələr  zonasını  və  ya  ekoloji  fəlakət  zonasını 

ekoloji  əlverişsizliyin  ən  yüksək  dərəcəsini  əks  etdirən,  bir  və  ya  bir  neçə 

əsas və əlavə göstəricilərə əsasən müəyyən edirlər.  

Azərbaycanda  ekoloji  epidemiologiya  üzrə  vahid  metodik  rəhbərlik 

olmadığından,  materiallar  hazırlanarkən  uyğun  nazirliklərin  (Səhiyyə,  Sa-

nepiden  nəzrət,  Dövlət  statistika  və  s.)  qüvvədə  olan  instruktiv-  metodiki 

sənədlərinə istinad etmək olar.  

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin