2.9.5. Qiymətləndirmənin indiqasiya kriteriyaları
Son illərdə səth sularının qiymətləndirilməsində bioinduksiya kifayət
qədər geniş yayılmışdır. O, test - obyektlərin (xərçəngkimilər – dafniyalar,
yosunlar – xlorella, balıqlar - quppi) funksional vəziyyətinə (davranışına)
görə vəziyyətinin si-nifləri üzrə (N, R, B, F) sıralamağa imkan verir. Nəticə-
də suyun keyfiyyətinin inteqral qiymətini alırıq. Həmin qiymətlərdən bu və
ya digər məqsədlər üçün istifadə olunur. Biotest metodunu məhdudlaşdıran
şərtlərdən biri analizlərinin aparılmasının uzunmüddətli olması (96 saatdan
az olmayaraq) və suyun kimyəvi tərkibi haqda informasiyanın olmamasıdır.
Suyun keyfiyyətini təyin etmək üçün biotestlərin istifadə olunmasına misal
aşağıdakı cədvəldə verilmişdir (cədvəl 2.61).
Cədvəl 2.61
Dostları ilə paylaş: |