M ü n d ə r I c a t


Kompleks indeksə görə atmosferin çirklənmə vəziyyətini



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə204/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   437
Kompleks indeksə görə atmosferin çirklənmə vəziyyətini 

qiymətləndirmə  kriteriyaları (AÇKĠ)      

 

Göstərici  



Atmosferin ekoloji vəziyyəti 



Havanın çirklənməsi J



˂ 5 


5...8 

8...15 


˃ 15 

 

Sıralanma  havanın  çirklənmə  səviyyəsinin  dörd  ballıq  şkalasına  görə 



təsnifləşdirilir. Norma (N) sinfi ölkənin şəhərləri üzrə havanın orta  çirklən-


233 

 

mə səviyyəsindən aşağı olan qiymətə  uyğun gəlir, risk (R) sinfi orta səviy-



yəyə  uyğun  gəlir,  böhran  (B)  sinfi  orta  səviyyədən  yüksəkdir,  fəlakət  (F) 

sinfi isə orta səviyyədən əhəmiyyətli dərəcədə yüksəkdir.  

Amosferin  çirklənməsinin  kompleks  indeksi  atmosferin  çirklənməsi-

nin dəyişməyə müvəqqəti meylliyini qiymətləndirmək üçün tətbiq olunur.  

Atmosferin öz-özünü təmizləməsinin ehtiyat potensialı hər hansı əra-

zidə  onun  yayılma  və  qarışıqları  uzağa  daşıma  qabiliyyəti  ilə  təyin  olunur. 

Bu çirklənmənin faktiki səviyyəsinin YVQ –ın qiymətinə nisbətilə ölçülür. 

Yayılma  (havanın  ətrafa  dağılması)  qabiliyyətinin  qiymətlən-dirilməsi  at-

mosferin çirklənmə potensialı (AÇP) və havaya tələbat parametri (HT) kimi 

kompleks  göstəricilərə  əsaslanır.  Bu  xarakteristikaları  iqlimin  və  meteo-

roloji şəraitin rejiminin xüsusiyyətindən asılı olaraq, çirklənmə səviyyəsinin 

formalaşmasının xüsusiyyətlərinə görə təyin edirlər. 

AÇP  –  hava  baseynində  qarışıqların  yayılması  üçün  əlverişsiz  olan 

meteoroloji  şəraitin  təkrarlanmasının  kompleks  xarakteristikasıdır.  Ölkənin 

ərazisində  yerüstü inversiya və durğunluqları, zəif külək və müxtəlif müd-

dətli dumanların təkrarlanmasını nəzərə almaqla, AÇP-nın şəhər şəraiti üçün 

xarakterik olan beş sinfi seçilib.  

HT–  çirkləndirici  maddələrin  tullantılarını  həll  edib  orta  qatılığa 

çatdırmaq üçün lazım olan təmiz havanın həcmini xarakterizə edir.   

Atmosferi  və  seliteb  ərazini  çirkləndirən  mənbələrin  yerləşdirilməsi-

nin  optimallığını  qiymətləndirmək  üçün  meyar  kimi  atmosfer  havasının 

dağıdıcı (yayışı) xassəsinin ehtiyatından (defisitindən)  - HE istifadə olunur.   

Atmosferin  ehtiyat  potensialı  –  iqlimin  komfortluğunun  gigiyenik 

əsaslarını,  ərazinin  rekreasiya  məqsədilə  istifadəsinin  mümkünlüyünü  nə-

zərə  almaqla  qiymətləndirilir.  Bu  zaman  vacib  olan  ilin  soyuq  və  isti 

dövrlərində havanın fizioloji - gigiyenik təsnifatıdır.  

Bitkiliyə,  torpağa,  səthi  və  yeraltı  sulara  təsiri  ilə  xarakterizə  olunan 

atmosfer havasının çirklənməsinin əsas göstəriciləri şirkləndirici maddələrin 

kritik  yüklənməsi  və  onların  kritik  qiymətləridir,  hansı  ki,  uzunmüddətli 

planda ekosistemin struktur və funksiyalarına zərərli təsirə səbəb olmur.  

Kükürd dioksidin, azot dioksidin, hidrogen floridin və ozonun yerüstü 

bitkilərə  təsir  edən  kritik  qiymətləri,  eləcə  də  kükürd  birləşmələri,  azot  və 

hidrogen ionlarının meşə və su ekosistemlərinə təsir edən kritik  qiymətləri 

cədvəl 2.59-də verilir.   

Təcrübələrlə müəyyən olunduğu kimi ekoloji fəlakət zonasını seçmək 

üçün  ərazidə  kritik  qiyməti  və  ekosistemin  həssaslığı  nəzərə  alınmaqla, 

müxtəlif inqridientlər üçün yüklənmə  10-15 dəfə yüksək olmalıdır.  

 

 




234 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin