287
ekosistemin daxili əlaqələri saxlanır. Təbii və antropogen faktorların
müvəqqəti təsirindən sonra ekosistemin əvvəlki davamlı tarazlıq zonasına
qayıtması xassəsi onun sabitliyini xarakterzə edir. Sadalanan kateqoriyalar
həm də antropogen ekosistemlərin xarakteristikası üçün əlverişlidir. Bu
halda əsas problem ondan ibarətdir ki, uyğun kateqoriyanın kəmiyyət və
keyfiyyətcə formalaşması aqroekosistemlərin xüsusiyyətlərinə uyğun
gələrdi.
Şübhəsiz ki, aqroekosistemin sabitliyinə və davamlılığına cavabdeh
olan bir sıra parametrlərdən, azalması müxtəlif səbəblərdən olan (məsələn,
mineral qida elementlərinin çatışmazlığı və ya artıqlığı, torpağın deqradasi-
yası və s. şəkil 2.35), aqrosenozların məhsuldarlığı birinci dərəcəli əhəmiy-
yət kəcb edir. Məhsuldarlığın azalması aqroekosistemin davamsız sahəyə
keçməsini bildirir və aqroekosistemin narahçılığa qarşı olan reaksiyasının
son fazasıdır. O, mikrob cəmiyyətlərinin aktivliyi, elementlərin biogeokim-
yəvi dövranının balanslaşması, torpağın münbitlik səviyyəsi kimi digər
parametrlərin də dəyişməsi üçün zəmin yaradır.
Sadalanan parametrlər üzərində nəzarətin qoyulması davamlılığın po-
zulmasının gizli formasının üzə çıxarılmasına və aqroekosistemin sabitliyini
operativ olaraq saxlamağa, başqa sözlə müəyyən zaman müddətində para-
metrlərin lazım olan xarakterini saxlamağa imkan verir. Buna görə də aq-
roekosistemin davamlılığı və sabitliyinə təsir edən hər hansı faktorlar ara-
sındakı sadə funksional asılılıq və davamlılığa cavabdeh olan parametr-
lərdən biri kimi baxmaq kifayət deyil, necə ki, əksər müasir modellərdə belə
təsvir olunur.
Daha obyektiv qiymətləndirməni sistemli analiz və riyazi modelləş-
dirməni tətbiq etməklə, kompleks torpaq-aqrokimyəvi, ekoloji-fizioloji və
ekoloji-toksikoloji tədqiqatlar verə bilər. Ən çox çətinliklər aqroekosistem-
lərin davamlılıq zonasının seçilməsində, onların sərhədlərinin təyin olun-
masında və qısamüddətli və ya daimi təsirlər olduqda, davamlı vəziyyətin
saxlanması və ya yeni davamlı vəziyyətə çatmağın müddətini müəyyən et-
məkdə yaranır. Sonuncular hələ ki, konseptual olaraq belə tam mənasında
işlənib hazırlanmamışdır.
Aqroekosistemin əsas komponentlərinin, hansı ki, eyni zamanda onun
davamlılığının parametrləridir (mikrob cəmiyyətləri, aqrofitosenoz, torpaq),
antropogen faktorların təsirinin aqrar formasına cavab reaksiyasının bəzi
qanunauyğunluqlarına baxaq.
Dostları ilə paylaş: