333
borun miqdarına görə - 37,3%, molibdenə - 85,5%, misə - 64,9%, sinkə -
94%, kobalta – 86,9%, marqansa –52,5% təşkil edir. Torpağın maksimal
münbitliyinə çatmaq üçün torpaqda qida elementlərinin çevrilməsi və mə-
nimsənilməsi proseslərini, eləcə də torpaq və bitki arasında maddələr müba-
diləsini öyrənmək lazımdır.
Bitkilərin qida elementlərinə daxildir: karbon (C), oksigen (O), hidro-
gen (H), azot (N), fosfor (F), kalium (K), kükürd (S), kalsium (Ca), marqans
(Mn), dəmir (Fe), bor (B), molibden (Mo), maqnezium (Mq), sink (Zn), mis
(Cu), xlor. Eləcə də, bitki az miqdarda natrium (Na), kobalt (Co), slisium
(Si), alüminium (Al),vanadium (V) və digər kimyəvi elementləri mənim-
səyir.
Makroelementlərə daxildir: C, O, H, N, P, K, Ca, Mq. Onlar bitkinin
əsas kütləsinin yaranmasına sərf olunurlar və bitki onları böyük mənimsəyir.
Mikroelementləri- Fe, B, Mo, Zn, Cu, Co bitki az mənimsəyir. Bu
elementlər bitkinin hüceyrələrində biokimyəvi proseslərin tənzimlənməsin-
də iştirak edirlər. Torpaqda fizioloji və aqronomik əhəmiyyəti mikroele-
mentlərin ümumi miqdarı deyil, onların «mütəhərrik» forması kəsb edir.
Ümumi halda hər bir element üçün qatılığın dörd səviyyəsi müəyyən olunur:
elementin defisiti–orqanizm çatışmazlıqdan əzab çəkir; optimal; dözülən;
öldürücü.
Mikrogübrənin tətbiqinin effektivliyi torpağın tipindən, onda mikro-
elementin mütəhərrik formasının olmasından və bitkinin növ xüsusiyyətin-
dən asılıdır (cədvəl 3.15).
Dostları ilə paylaş: