3.3.
Torpağın su eroziyasının aqroekoloji nəticələri
Eroziya nəticəsində torpağın münbitliyi azalır, çay yataqlarının inten-
siv lilləşməsi baş verir, biogen elementlərlə şirklənmə nəticəsində suyun
keyfiyyəti pisləşir, təsərrüfat isə eroziyaya uğramış torpaqlardan kifayət
qədər məhsul toplaya bilmir.
V.V.Dokuçayevin ekspedisiyaları zamanı qara torpaqlarda humsun
miqdar 7–10% idi, böyük ərazilərdə onun miqdarı 13%-ə çatırdı. İndi belə
torpaqların sahəsi çox azalmışdır, tərkibində humusun miqdarı 10-13% olan
torpaqlar isə praktiki olaraq qalmamışdır. 4-10% humus tərkibli totpaqların
sahəsi kəskin artdı, 2-4% humus tərkibli torpaqlar isə durmadan artır.
Torpaqlarda 100 il ərzində humusun itkisi onun ilkin ehtiyatının orta he-
sabla 25-30%-ni təşkil edir. Qədimdən şumlanan ərazilərdə isə torpağın üzvi
maddələrinin miqdarı iki dəfə azalmışdır. Su eroziyasının dağıdıcı təsirinə
məruz qalmış torpaqlarda üzvi maddələrin itkisi ildə 1 t/ha artır. Eroziya
nəticəsində zəif yuyulmuş qara torpaqlarda humus horizontunun qalınlığı
orta hesabla 12-15 sm, orta yuyulmuşda – 30-37 sm, güclü yuyulmuş qara
torpaqlarda – 43-55 sm azalır; humus itkisi zəif yuyulmuş qara torpaqlarda –
68 t/ha, orta yuyulmuşlarda – 185 və güclü yuylmuşlarda 270 t/ha-ya çatır.
Çöl və quru-çöl zonalarda torpaq qatının eroziyadan 5 sm azalma-
sında, cənub qaratorpaqlarında 22,5 t/ha humus, 1,2 t/ha azot, 0,75 t/ha
fosfor və 7,8 t/ha kalium itirilir. Yaxşı inkişaf etmiş torpağın 5 sm yuyul-
ması 2-3 s/ha buğda məsulunun azalmasına bərabərdir.
Eroziyaya uğramış torpaqların məhsuldarlığı profil boyunca torpağın
münbitliyinin paylanması ilə sıx qarşılıqlı əlaqədədir. Podzol, çimli-podzol,
qonur və podzol-sarı torpaqların məhsuldarlığı xüsusilə kəskin azalır. Bu
torpaqların məhsuldarlığı, əsasən, akkumulyativ horizontun istehsal gücü ilə
təyin olunur.
Yuyulmuş torpaqların münbitliyinin sabitləşdirilməsində aparıcı rol
üzvi gübrələrə məxsusdur, hansı ki, ona tələbat növbəli əkində humusun de-
327
fisitsiz balansına (D
b
, t/ha) görə hesablanır:
D
b
= M
p
. K
o
. K
q
. K
у
– (H . K
m
. γ +İ
n
), (3.9)
burada, M
p
- planlaşdırılan məhsuldarlıq, t/ha; К
о
- biçin-kök qalıq-
larının toplanma əmsalı (cədvəl 3.8); К
q
- quru madənin və onun humus-
laşmasının toplanma əmsalı (cədvəl 3.9); К
у
- müxtəlif yuyulma dərəcəli
torpaqlarda məhsuldarlığın azalma əmsalı (cədvəl 3.10-3.11); З- torpağın
şum qatında humus ehtiyatı, t/ha; К
m
- humusun minerallaşma əmsalı (cədvəl
3.12); γ-torpaq mühafizə işlərinin tətbiqi nəticəsində humus itkisinin azalma
əmsalı: γ = 0,8 –yastı kəsici şumlamada, γ = 0,77- ən az şumlamada, γ = 1–
çevirmə şumunda; İ
h
- torpaq eroziyasından humusun illik itkisi və bu
formula ilə müəyyən olunur:
F
Q
E
T
T
İ
s
l
h
)
(
я
, ( 3.10)
Burada, T
ə
və T
l
-(3.1) və (3.2) formulu ilə təyin olunan, uyğun plaraq,
ərinti və leysan yağışı sularından torpağın yuyulması, t/ha; E
s
- eroziyaya
uğramış torpaqların sahəsi, ha; Q-şum qatında humusu miqdarı, (%); F -
işçi ərazinin sahəsi, ha.
Dostları ilə paylaş: |