M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə367/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   363   364   365   366   367   368   369   370   ...   437
5.2  Ekoloji ekspertiza 

  

Müxtəlif  layihələrin,  xüsusilə  iri  miqyaslı  layihələrin  həyata  keçiril-



məsində,  planlaşdırılmış  təsərrüfat  fəaliyyətinin  təbii  ətraf  mühitə,  tex-

nosferin elementlərinə və insanın özünün sağlamlığına mümkün olan bütün  

neqativ  təsirlərinin  nəzərə  alınması  lazımdır.  Bu  prosedura  ―təbii  ətraf 

mühitə təsirin qiymətləndirilməsi‖ və ya ―ekoloji ekspertiza‖ adlanır.  

Ekoloji  ekspertiza  –  istənilən  təsərrüfat  və  digər  fəaliyyətin  ekoloji 

tələbatlara  uyğunluğunun  müəyyən  olunması  və  obyektin  ekoloji  eksperti-

zasının həyata keçirilməsinə  yol verilməsinin təyin edilməsidir.  Obyektin 

ekoloji ekspertizası bu fəaliyyət növünün ətraf mühitə və onunla bağlı olan 

sosial,  iqtisadi  və  digər  nəticələrin  mümkün  olan  əlverişsiz  nəticələrinin 

qarşısını almaq məqsədilə həyata keçirilir.  

Ekoloji ekspertizanın keçirilməsinin prinsipləri aşağıdakılardır:   

●  istənilən  təsərrüfat  və  digər  fəaliyyətin  potensial  ekoloji  təh-lükə-

liliyinin  prezumpsiyası  (buna  görə  də  onun  inisiatoru  əvvəlcədən  həmin 

fəaliyyət növünün ekoloji təhlükəsizliyini sübut etməlidir); 

● ilk növbədə dövlət ekoloji ekspertizasının həyata keçirilməsi (yalnız 

onun  rəyi  alındıqdan  sonra  obyektin  təsərrüfat  və  digər  fəaliyyətinin  real-

laşması üçün qərar qəbul olunur); 

●  təbii  ətraf  mühitə  təsirin  qiymətləndirilməsinin  kompleksliyi  və 

qeyd olunan təsərrüfat və digər fəaliyyətin ehtiyatları;   

●  Azərbaycan  Respublikasının  təbii  ətraf  mühitin  mühafizəsi  sahə-

sində  müəyyən  olunmuş  qanuna  uyğunluqların  bütün  tələbatlarının  uçotu-

nun mütləqliyi;   

●  ekspertizanın  keçirildiyi  vaxt  ekspertlərin  sərbəstliyi  və  emosiya-

sızlığı və onların verdikləri rəyin keyfiyyətinə cavabehliyi;  

●  rəyin  elmi  əsaslandırılması,  obyektivliyi  və  qanun  çərçivəsində 

olması;  

● ekoloji ekspertizaya təqdim olunan sənədləşdirməin etibarlı olması 

və tamlığı;   

●  cavabdeh  şəxslərin  və  ekspertiza  obyektinin  sifarişçisinin    işin 

təşkili və aparılmasına görə məsuliyyəti;  

●  ekoloji  ekspertizanın  səsə  qoyulması  və  ekspertiza  obyekti  haqda 

ictimai fikrin toplanması.      

Qərarın qəbul olunması səviyyəsində: nəzərdə tutulan fəaliyyət növü-

nün reallaşmasının mümkün olub olmamasında – hökmən iki prinsip gözlə-

nilir: 

1)

 



istənilən  layihənin  təhlükəsizliyi  sübut  olunmadıqca,  ona  qadağa 

qoyulur, başqa sözlə ekoloji ekspertizaya imperaktiv xarakter  lazım gəlir;  




439 

 

2)



 

təhlükəsizliyin bütün növlərindən tibbi - bioloji təhlükəsizliyə daha 

çox  üstünlük  verilməlidir,  başqa  sözlə  insanın  sağlam  və  təhlükəsiz  yaşa-

ması üçün müzakirə olunmayan dəyər vardır.  

Son  illərdə  ekoloji  ekspertizaya  keyfiyyətcə  yeni  yanaşma  növü  var-

dır: onun əsasını qoyan kriteriya  ətraf mühitə zərər vurmanın risk dərəcəsi 

olmalıdır.  Bu  onunla  əlaqədardır  ki,  ekoloji  ekspertizanın  əvvəlki  konsep-

siyası (hansı ki, zəhərli kimyəvi maddələrin miqdarının məhdudlaşdırılması 

kriteriyalarına əsaslanırdı, YVQ, YVA, YVM) öz yerini ekoloji risk konsep-

siyasına verməlidir. Bu konsepsiyaya əsasən, layihələşdirilən obyektin eko-

sistemə və insan sağlamlığına  mənfi təsirini tamamilə yox etmək mümkün 

deyil.  Buna  görə  də,  təbiəti  mühafizə  baxımından    optimal  qərarın  qəbul 

olunması,  göstərilən  mənfi  təsirin  iqtisadi  və  sosial  əsaslanmış  minimal-

laşmasını ifadə edir.  

Ekoloji ekspertizanın obyekti bunlardır: inşaatın layihələri və texniki - 

iqtisadi əsaslandırılması, eyni zamanda müəssisə və komplekslərə təsir edən 

təsərrüfat  qurğularının  istismarı;  yeni  texnika,  texnologiya,  materialların 

yaradılmasına, işləyən qurğulara normativ - texniki sənədləşdirmə; normativ 

və adminstrtiv aktların, eləcədə qüvvə də olan qanunvericiliyin layihəsi. Bu 

zaman xüsusi diqqət və tədqiqatların aparılmasını tələb edən 15 daha təhlü-

kəli təsərrüfat  fəaliyyəti  növü təyin  olunmuşdur.  Onların sırasına:  atom sə-

nayesi, energetika, metallurgiya, neft-kimya, neft

-

 - qaz emalı, kimya səna-



yesi, faydalı qazıntıların çıxarılması; neft və qazın və onların emal məhsul-

larının  daşınması,  sellüloz  -  kağız  və  karton  istehsalı;  döyüş  sursatlarının, 

partlayıcı  maddələrin  və  raket  yanacaqlarının  istehsalı,  saxlanması,  daşın-

ması və məhv edilməsi daxildir.   

   


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin