dövlət standartı qəbul olunub ―Suyun keyfiyyəti. İçməli su. Keyfiyyətə
nəzarət‖, içməli suyun, materialların, texnoloji proseslərin və təsərrüfat -
içməli su təchizatında istifadə olunan qurğuların sertifikatlaşdırma sistemi
içməli suyun sertifikatlaşdırılması problemi həll olunur. Hər şeydən əvvəl
yeni növ məhsul və proseslərin ekolojiliyinin qiymətləndirilməsinə böyük
texnologiyalara ekoloji tələbatların standartlaşdırılması üzrə işlərə başlan-
443
mışdır. Müəyyən qədər İSO – BSC –nin (seriya 14000) beynəlxalq standart-
ları ilə harmoniya təşkil edən, ―Ətraf mühitin keyfiyyətinin idarə olunma
sisteminin‖ dövlət standartının layihəsi hazırlanıb. Qərbi Avropa ölkələrində
ekosertifikatlaşma kifayət qədər geniş inkişaf edib. O adi sertifikatlaş-
dırmanı tamamla yır və həmişə mütləq xarakter daşıyır. Fransada, məsələn,
kənd təsərrüfatı məhsullarının ekosertifikasiyası 1960-cı ildən qanunveri-
cilik səviyyəsində həyata keçirilir. Onun əsasında həm məhsulun növünə
görə, həm də ayrı-ayrı istehsal müəssisələrin və ya istehsalçılar ittifaqının
ekonişanları verilir. Bu nişanlar ―qırmızı işarələr‖ adlanır və istehlakçıların
məlumatlandırılması üçün yayımlanmışdır. Bütün ekonişanlar MF - nın
milli uyğunluq nişanını tamamlayır. Ekosertifikatlaşmanın prinsipləri isteh-
lakçı və ətraf mühit üçün məhsulun təhlükəsizliyinin təmin olunmasından
ibarətdir. Fransanın ekosertifikatlaşdırılmasının əsas qaydalarına daxildir:
istehlakçılar məhsulun ekoloji təmiz olmasına nəzarət edə bilər; ekosertifi-
kat verən orqanın tərkibinə ətraf mühitin mühafizəsi üzrə ictimai təşkilat-
ların nümayəndələri və istehlakçılar mütləq daxil olmalıdırlar; ekosertifikat
sertifikatlaşdırılan məhsulun bütün həyat dövriyyəsini əhatə etməli və
istehsalçıda ekosertifikat almağa iqtisadi maraq oyatmalıdır. Toplanmış
təcrübələr ekosertifikatlaşmanın vahid milli sistemini yaratmağa imkan
verdi, hansı ki, devizi – istehlakçılar məhsulun zərəri haqqında hər şeyi
bilməli deyil, lakin onların NF nişanı olan məhsulun bütün hallarda daha
təhlükəsiz olduğuna mütləq inanmağa haqqı var. Almaniyada ekoserti-
fikatlaşma üzrə işlər 1974-cü ildən başlanmışdır. Bir neçə ildən sonra indiki
nişana oxşayan ―Mavi mələk‖ ekonişanı yaradıldı. Bu nişan altında
markalanmış məhsul onun ekoloji təhlükəsizliyinə təminat verən müəyyən
olunmuş meyarlar qrupuna uyğun gəlir. Məsələn, ekonişanı olan maşın
tullantı qazlarının etibarlı təmizləyici sistemi ilə təchiz olunmuşdur. Alman
ekosertifikatlaşdırma əməliyyatının diqqətini cəlb edir. Əvvələr yalnız
Almaniyanin ekonişanı olan ―Mavi mələk‖ və ―Yaşıl nöqtə‖ indi ümum-
avropa əhəmiyyətlidir.
Dostları ilə paylaş: