edirdilər. Ardıcıl meteoroloji, hidroloji, fenoloji və digər başqa müşahidələri
və ya digər komponentlərdə gedən təbii dəyişikliklər qeydə alınırdı. 50-ci
444
illərdən başlayaraq təbiət və cəmiyyət aralarında qarşılıqlı təsirlər çox
kəskinləşdi. Biosfer ehtiyyatlarının nəzəriyyəsiz istismarı münasib
kompleks qərarların toplanmasına və işlənməsinə səbəb oldu. Belə ki, hələ
1970-ci ildən YUNESKO beynəlxalq elmi tədqiqat proqramın ―İnsan və
biosfer‖ (MAB - man and biosfera) qəbul olundu. Proqramın məqsədi
dünyanın müxtəlif reqionlarında çoxillik kompleks müşahidələr aparmaq,
insanların ətraf mühitə təsirini və bu proseslərin insanlara əks təsirini
gostərməkdir. Bu proqramı 90 ölkə həyata keçirir. Müşahidə spektirini
genişləndirməklə yanaşı onların əsasında aktiv təsir və idarəetmə
elementləri formalaşdı. Nəticədə bütöv sistem yarandı: müşahidə,
informasiya hərəkəti funksional olaraq özündə birləşdirdi. Bu monitorinq
adını aldı. "Monitorinq" termini (latınca - yada salan) 70-ci illərdən təbii
ətraf mühitin mühafizəsində çalışan mütəxəsisslərin leksikonuna daxil oldu.
Bu termin 1972-ci ildə BMT-nin ətraf mühitə aid Stokholm konfransının
tövsiyyələrində ilk dəfə tövsiyyə olunurdu. Azərbaycan da Beynəlxalq
Komitənin Ətraf Mühitə dair Proqramının iştirakçısıdır. Bu proqramın əsas
vəzifəsi baş verəcək təbii və antropogen təsirlərdən ətraf mühiti və insanı
gözlənilən zərərdən qorumaqdır. Deyilənlərə əsaslanaraq "monitorinq"
anlayışının geniş izahını vermək olar. "Monitorinq-insanları əhatə edən təbii
mühitin vəziyyəti haqda müşahidə və nəzarət sistemidir. Təbiətin
mühafızəsi, təbii ehtiyatların rasioanal istifadəsi və kritik hadisələrin
qarşısının alınması. İnsanların saglamlığı, canllı orqanizmlərin və onların
cəmiyyətlərinin, təbii komplekslər və obyektlərin kəskin dəyişmələrmin
qarşısının alınmasıdır.
Monitorinqin vəzifələri mühitin vəziyyətinin qiymətləndirilməsi və
onda gedən dəyişikliklərin proqnozlaşdırılmasıdır. Eləcə də ətraf mühitin
mühafizəsinə dair tədbirlər planının hazırlanması təbii ehtiyyatların rasional
istifadə olunması və kiçik halların qarşısının alınması, insanlara canlı orqa-
nizmlərə təhlükə yaradacaq hallardan onların qoruması üçün tədbirdir.
O, biosfer (qlobal) reqional, lokal (inpakt) ekoloji, bioloji, sanitar
toksikoloji beynəlxalq, milli, baza (fon), birbaşa və distansion (o cümlədən
aviasion və kosmik) və s. ola bilər.
1978-ci ildə Riqada və 1981-ci Tbilisidə ətraf təbii mühitin çirklən-
məsinin kompleks qlobal monitorinqinə dair beynəlxalq simpozium keçirildi
və monitorinqin əsas vəzifələri və onları həyata keçirməyin mümkün olan
yolları hərtərəfli müzakirə olundu.
Mütəxəssislərin monitorinqin funksiyalarını başa düşməsi- təkamü-
lünün əsas mərhələlər, ekoloji problemlərin həllinin ümumi konsepsiyala-
rının inkişaf mərhələlərinin ardıcıllığı ilə təyin olunur. Belə konsepsiyaların
variantlarının hər biri monitorinqi özlərinin vəzifə və istiqamətləri ilə zən-
445
ginləşdirirdi. Bu mənada davamlı inkişaf konsepsiyasının əhəmiyyətini qeyd
etməmək olmaz. O, BMT-nin konfransında 1992-ci ildən Reo de-Janeyroda
qəbul olundu. Konsepsiya müşahidə materialarının daha düzgün istifadəsini
və minitorinq sisteminin özünün strukturunun kamilləşməsini təmin edir.
TƏM-in təbii dəyişikliklərini bir çox ölkələrdə fəaliyyət göstərən geofiziki
xidmət (hidrometoeroloji, seysmik, ionosfer, qravimetrik, maqnitometrik
və.s) öyrənir. Biosferin xüsusiyyətinə xüsusi nəzarət, təbii fluktasiyakar
fonunda antropogen fəaliyyət nəticəsində onda baş verən nəticələri müəy-
yənləşdirməkdir. Mahiyyətcə, monitorinq-əvvəlcədən verilmiş proqrama
uyğun olaraq, TƏM-in bir və ya bir neçə komponentinin məkan və zamanca
müəyyən məqsədlə təkrar müşahidələr sistemidir. Dəqiq ifadə etsək belə
sistemi ―TƏM-in antropogen dəyişilmələrinin monitorinqi‖ adlandırmaq la-
zımdır. Bu zaman əlbəttə, mövcud geofiziki xidmətin bəzi struktur elementi
və informasiyasının istifadə edilməsi istisna deyil.
Akademik Y.A.İzrael, nəzəri və praktiki monitorinqin aparımasına
dair sanballı xəzinə yaratdı: təbii ətraf mühitin vəziyyətinə nəzarətdə
universal informasiyalar sistemi sxemini təklif etdi. Bu müxtəlif səviyyələr,
istiqamətlər və masştablarda operativ və tədqiqat işlərində əlverişlidir ( şəkil
5.2).
Dostları ilə paylaş: