fluktasiya fonunda ona antropogen təsir nəticəsində baş verən dəyişikləıri
manca təkrar müşahidələr sistemidir. Dəqiq desək belə sistemləri ƏTMnin
448
BMT-nin 1992-ci ildə keçirilmiş konfransında (Rio-de Janeyro) da-
vamlı inkişaf konsepsiyasının əsası qoyuldu. Konsepsiyanın əhəmiyyəti mü-
şahidə və idarəetmənin materiallarından nəticə çıxarılmaqla istifadə etmək
və monitoprinq sisteminin özünün strukturunu kamilləşdirməkdən ibarətdir.
Nəzərə almaq lazımdır ki, hələ də TƏM - in antropogen dəyişməsinin
çoxməqsədli monitorinqinin tamamlanmış bütöv sxemi yaranmayıb.
Monitorinqin formalaşmış yarımsistemləri (blokları) onun üzvi hissəsi- tam
səhvsiz ayrı - ayrı konkret vəzifələri müəyyən miqyasda həll etməyə imkan
verir.
1974-cü ildə Keniyada (Nayrobi şəhərində) monitorinq üzrə keçirilmiş
I dövlətlərarası müşavirədə çirklənmənin monitorinqı üçün prioritetlik
metodunun tətbiqi də maraqlıdır. Əvvəlcə çirkləndiricinin xassələrinə
əsaslanaraq prioritetliyi təyin etmək üçün bir neçə kriteriyalar seçilmişdir.
Aşağıdakılar nəzərdə tutulur:
1.İnsanın sağlamlığına və rifahına, iqlimə və ya ekosistemə faktiki və
potensial mümkün olan təsirlər.
2.ƏTM - in deqradasiyaya meyli və insan orqanizmində toplanması.
3.Fiziki və bioloji sistemlərdə kimyəvi transformasiya imkanları,
bu¬nun nəticəsində ikincili maddə daha zəhərli ola bilər.
4.Mobillik, hərəkətlilik.
5.ƏTM-də və insanda faktiki və ya mümkün qatılıq tendensiyası.
6.Təsirin tezliyi və ya qiyməti.
7.Müxtəlif mühitlərdə verilən səviyyədə ölçmə imkanları.
8.ƏTM-də vəziyyəti qiymətləndirmək üçün əhəmiyyəti.
9.Qlobal və subreqional proqramlarda bərabər ölçmə üçün ümumi
paylanma nöqteyi nəzərdən əlverişli olması.
Qəbul olunmuş kriteriyaların hər birində çirklənməni (0-3 bal) balla
qiymətləndirdilər. Balları toplayaraq prioritet pozisiyaları təyin olunur (∑
qiyməti nə qədər böyükdürsə, prioritet o qədər yüksəkdir). Bu cür alınan
prioritetlər mühiti və ölçmənin proqram tipini (impakt, regional, qlobal)
göstərməklə 8 sinfə bölündü (1-8-ə qədər sıra nömrəsi kiçik olan yüksək
sinifdir və prioritetliyi daha çoxdur). Bu zaman çirkləndirici maddənin
bir¬başa ölcülməsi mümükün olmayan hal üçün dolayı monitorinq üsulu da
təyin olundu. Belə hallarda aşağıdakı xarakteristikalar nəzərə alınır: suyun
keyfiyyət indiqatoru – koli-bakteriyalar, OBT5, OKT, göy - yaşıl yosunlar,
onların ilkin məhsuldarlığı; torpağın keyfiyyət indiqatorları – duzluluq,
turşuluq və qələvilik (pH), nitratların və bioloji azotun miqdarı, torpağın
üzvi maddələrinin (humusun) miqdarı; heyvanların və insan sağlamlığının
indiqatorları, bitkilərin xəstəliklərə, genetik nəticələrə, dərmanlara qarşı
həssaslıq indiqatorları; çirklənmənin bitki indiqatorları – bioinduksiya.
449
İzraelin (1984) fikrincə öyrənilən mühitin təbiətdən asılı olaraq moni-
torinqini
abiotik (geofiziki)
və biotik (bioloji) sektora ayırmaq kifayətdir.
Dostları ilə paylaş: