47
midir. Bu sistemdə informasiya, maddə və enerjinin xarici və daxili dövranı
həyata keçirilir. Misal kimi meşə ekosistemlərini, torpağı, hidrosferi və s.
göstərmək olar. Ekosistem trofik və xoroloji (məkan) əlaqələri ilə birləşən
fitosenozları, zoosenozları, mikrobosenozları, mikosenozları; mühit faktor-
larını – ekotop-klimatop və edafotopu (torpaq-mühit şəraiti) əhatə edir (Rey-
mers,1990).
Ölçülərinə və miqyasına görə ən böyük ekosistem biosferdir. Biosfera
- Yerin bütün canlılrını əhatə edən və bizim planetin cansız mühiti ilə qar-
şılıqlı əlaqədə olan, hansı ki, onlar bir tamlıq təşkil edir, Yerin aktiv qatıdır.
Bizim planetdə biosfer 3 milyard ildir ki, mövcuddur, soyuq entropiya ölü-
mü tendensiyasının əksinə olaraq, o böyüyür və mürəkkəbləşir; o ağıllı hə-
yat və sivilizasiyaya daşıyır. Biosfera insan yaranmamışdan çox əvvəl möv-
cud idi və onsuz keçinə bilər. Əksinə, insanın mövcudluğu biosfersiz müm-
kün deyil. Bütün qalan ekosistemlər biosferin daxilində yerləşir və onun
sistemaltlığıdır. Bitkiliyin hər hansı əsas tipi ilə xarakterizə olunan nəhəng
ekoloji sistemlər – biom adlanır. Məsələn, səhra biomu və ya rütubətli tropik
meşə biomu. Ən kiçik sistem populyasiyalardır – eyni mənşəli, müəyyən
ərazi tutan bir növün fərdlər qrupunu özündə birləşdirir. Populyasiyadan
daha mürəkkəb olan sistem verilmiş ərazini tutan biosenozlardır. Beləliklə,
populyasiya, biosenoz, biom, biosfera ierarxik qaydada kiçikdən böyüyə
yerləşirlər. Bunlar mikro, mezo, makro və qlobal ekosistemlər adlanırlar.
Mikroekosistem – məsələn, meşədəki tək çürümüş kötük, ağac üzərindəki
şibyə yastığı və s. Mezoekosistem – meşə, çəmən, səhra. Makroekosistem –
okean. Qlobal ekosistem – biosferadır.
İerarxik təşkilin mühüm nəticəsi ondan ibarətdir ki, ierarxik pilləkənin
hər sonrakı daha iri funksional vahidinin pilləsində yerləşən komponentlər
əvvəlki pillədə olmayan yeni xüsusiyyətlər qazanır. Bu xüsusiyyətləri yeni
səviyyəni təşkil edən komponentlərin xassələrinə görə əvvəldən söyləmək
olmaz. Bu prinsip emercentlik adını aldı. Onun mahiyyəti: tamın (bütövün)
xassəsini onu təşkil edən hissəciklərin xassələrinin cəmi kimi qəbul etmək
olmaz. Məsələn, atomar səviyyədə olan hidrogen və oksigen birləşdikdə ta-
mamilə yeni xassəyə malik olan su molekulunu yaradırlar. Başqa bir misal,
bəzi yosunlar və bağırsaqboşluqlular mərcan rifləri sistemini yaradırlar.
Mərcan riflərinə məxsus olan nəhəng məhsuldarlıq və müxtəliflik – yalnız
rif cəmiyyətinə xas olan emercent xüsusiyyətdir. Heç cür onu təşkil edən
biogen elementlərinin miqdarı az olan komponentlərə xas deyil.
Ekosistemdə orqanizmlərin fəaliyyəti öz bioloji təlabatlarına uyğun
geokimyəvi mühit yaradır. Atmosferin kimyəvi tərkibinin və yerin güclü
buferləşmiş fiziki mühiti Günəş sistemində olan digər planetlərdən kəskin
fərqlənməsi faktı Gey hipotezinin formalaşmasına imkan yaratdı. Bu
48
hipotezə əsasən məhz canlı orqanizmlər Yer üzərində həyat üçün əlverişli
mühit yaratdı və bu günədək qoruyub saxlayırlar. Aşağıdakı cədvəldə Yerin,
Marsın, Veneranın və hətta Yerin həyat yaranmamışa qədərki dövrdəki
ehtimal olunan atmosfer tərkibinin müqayisəli analizi verilmişdir.
Dostları ilə paylaş: