nıdır.
Ekosistemin sonrakı mühüm xarakteristikası onların kibernetik
davranışıdır.
Ekosistemlərin kibernetik davranışı onunla izah olunur ki, onlar
fiziki və kimyəvi siqnalları özündə birləşdirən inkişaf etmiş informaslya
şəbəkəsinə malikdirlər. Bu şəbəkə ekosistemin bütün hissələrini əlaqələn-
dirir və onu tam vahid kimi idarə edir. Ekosistemin insan yaratdığı kiber-
netik qurğudan fərqi ondadır ki, onun idarə edici funksiyaları öz daxilin-
dədir və diffuziyalıdır. İnsanın yaratdığı kibernetik sistemlərdə isə idarə-
etmə funksiyaları xaricdən olur və ixtisaslaşdırılmışdır.
Kibernetik sistemləri ekosistemlərlə müqayisə edildikdə, bəzi ümumi-
liklər tapmaq olar. Hər iki idarəetmə əks əlaqəyə əsaslanır. Məlumdur ki,
əks əlaqə enerjisi onu yaradan inisiativ enerji ilə müqayisədə olduqca
kiçikdir, hansı ki, sistemdə oyanır. Canlı sistemlərdə əks əlaqəni həyata
keçirən qurğu - homeostatik qurğu adlanır. Homeostaz orqanizmlərə tətbiq
olunduqda onun daxili mühitinin saxlanmasını və əsas fizioloji funksiya-
larının davamlılığını ifadə edir. Homeostazı ekosistemə tətbiq etdikdə onun
növ müxtəlifliyinin və fərdləri sayının daimiliyi nəzərdə tutulur. Homeo-
statik mexanizm ekosistemin sabitliyini qoruyur, bitkilərin otyeyənlər tərə-
findən tamamilə yeyilib qurtarmasının, və ya yırtıcıların və onların qurban-
larını sayının katastrofik kolebaniyasının qarşısını alır.
Ekosistemin sabitlik dərəcəsi çox müxtəlifdir və həm ətraf mühitin
qəddarlığından, həm də daxili idarəetmə mexanizminin effektliyindən asılı-
dır. Bu zaman davamlılığın iki tipini arırırlar:
Dostları ilə paylaş: |