davamlılığı, özünü tənzimləmə və özünü təmizləmə prosesləridir
Ekosistemin ölçüləri – ekosistemi təşkil edən bütün komponentlərin
və elementlərin özünü tənzimləmə və özünü bərpa etmə proseslərini həyata
keçirdiyi məkandır.
Təbii ekosistemlərin özünü bərpa etməsi – təbii və antropogen
təsirlərdən öz dinamik tarazlığından çıxmış təbii ekosistemin sərbəst olaraq
dinamik tarazlıq vəziyyətinə qayıtmasıdır. Ekosistemin dinamik tarazlığının
dörd əsas kateqoriyasını ayırırlar: nisbi tarazlıq (fluktasiya), bu zaman də-
yişkənlik orta qiymət ətrafında dəyişir; uyğun iqlim dövriyələrindən yaranan
dövri suksessiyalar; ekosistemin istiqamətlənməmiş dəyişmələrindən yara-
nan suksessiyalar; təbii ekosistemlərin antropogen dəyişdirilməsi.
Özünü təmizləmə - ekosistemdə baş verən proseslər nəticəsində
mühitdə çirkləndiricinin təbii parçalanmasıdır.
Ekosistemləri müxtəlif əlamətlərinə görə təsnifləşdirmək olar. Eko-
sistemin biom təsnifatı böyük ərazilərdə bitkiliyin üstünlük təşkil edən
tipinə əsaslanır. Su yaşayış yerlərində bitkilik az nəzərə çarpdığından, eko-
sistemin ayrılmasının əsasında mühitin başlıca fiziki əlamətləri durur, mə-
sələn, ―durğun sular‖, ‖axar sular‖ və s.
Dostları ilə paylaş: |