sindən nə qədər effektli istifadə olunmasını bilmək üçün brutto-fotosintezi
bilmək lazımdır. Dünyanın əsas ekosistemlərinin təmiz ilk məhsuldarlığı
tropik meşə və dəniz sahilləri ekosistemlərində ən yüksəkdir. Təmiz ilk
53
ilk məhsuldarlıq adlanır. Praktikada tənəffüs tezliyi və təmiz ilk məhsul-
darlıq ayrı-ayrılıqda öyrənilir. Sonra onları birləşdirib ümumi ilk məhsul-
darlıq hesablanır. Nəticəsi q/m
2
.sutka; kq/m
2
.il; ton/ha.il və s. hesabı ilə
göstərilir. İkinci məhsuldarlıq – üzvi maddələrin konsumentlərdə toplan-
ması sürətidir. Bitkilərdə ümumi ilk məhsulun yaranması prosesi heyvanlar-
da assimilyasiya adlanır. Ekosistemin ikinci məhsulu onun ilk məhsulundan
həmişə az olur. Ona görə ki, enerji bir qənimət səviyyəsindən digərinə
keçdikdə termodinamikanın ikinci qanununa əsasən istiliyə çevrilib ətrafa
yayılır, yəni sistemdən çıxır.
Məhsuldarlığın biokütləyə nisbəti mühüm ekoloji göstəricidir. Təsər
rüfat sahələrində bu göstərici yüksək olur. Lakin buna səbəb ekosistemin
cavanlığı, böyüməkdə olması və kənardan enerji almasıdır. Təsərrüfat sahə-
lərində torpağın vaxtaşırı işlənməsi, ona gübrə verilməsi, xəstəliklərinə, zi-
yanvericilərinə və alaq otlarına qarşı mübarizə aparılması hesabına biokütlə
çoxalır. Belə ekosistemlər ona edilən qulluqdan asılı olaraq heç vaxt sabitlik
mexanizmi qazana bilmir.
İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatının yüksək məhsuldarlığı
böyük enerji ehtiyatları və seleksiya işləri hesabına saxlanılır. Enerjinin bu
köməkçi axını enerji subsidiyası adlanır. Əgər XIX əsrdə dünya ölkələri
inkişaf etmiş ölkələrə bölünürdüsə, XX əsrdə yeni situasiya yarandı, ölkə nə
qədər inkişaf etmiş hesab olunursa, onun kənd təsərrüfatı məhsuldarlığı bir o
qədər yüksək olmalıdır. Məhz inkişaf etmiş ölkələr kənd təsərrüfatında
münasib enerji subsidiyalarını özünə rəva görə bilər.
Enerji və materiya davranışında prinsipial fərqlər var. Materiya sis-
temdə sirkulyasiya edir; canlının tərkibində olan elementlər və maddələr öz
tsikllərinə və dövranına malikdir. Ekosistemin istifadə etdiyi enerji istiliyə
çevrilir və sistem üçün sərf olunur.
Dostları ilə paylaş: