Ey Vidadi, yenə xan qulluğunda
Qaim olub, nə qiyamət eylərsən?
Yaman gözdən Allah özü saxlasın,
İxlas ilə, kişi, xidmət eylərsən. Belə dursan o qapıda qış və yaz,
Yetişərsən bir çörəyə sərəfraz,
Bu doğru yolundan əyilsən bir az,
Yəqin bil ki, çox xəyanət eylərsən… Amma Vidadinin İrakli xana müqərrəb və məsləhətçi olduğunu nə gürcü və nə rus və nə də bizim tarixlərdə görmədik. Özgə bir qövlə görə, əzancümlə mərhum Əhməd bəy Cavanşirin yazmağına binaən ki, – onun Qarabağ tarixinə dair artıq bələdiyyəti var idi, – Molla Pənah mərhum İbrahim xanın müqərrəbi-hüzuru olan zamanı öz dostu Molla Vəlini yazıb Qazaxdan Qarabağa gətirdibdir və burada onun xana yavuq olmağına səbəb düşübdür və xan Molla Vəlinin ağıl və kamalını dərk edib və xüsusən onun mömin və müttəqi bir şəxs olduğunu görüb, ona lütf və mərhəmət göstərərmiş və hər qisim röya görsə imiş Molla Vəliyə söylər imiş. Molla dəxi onları xeyli münasib təbir edərmiş. Amma bu rəvayəti dəxi təsdiq etməyə əldə bir dəstavizimiz yoxdur. Bunun doğruluğuna şəhadət verici "Qarabağ tarixi"ndə bir işarə görmədik. Doğrudur Mirzə Cəmalın yazdığı tarixdə Mirzə Vəli adlı bir şəxsin ismi zikr olunubdur, vəli haman Mirzə Vəli Qarabağda Şuşa uyezdində Baharlı qəryəsindən bir şirinzəban və kardan və zirək bir adam imiş ki, İbrahim xan onu öz əmizadəsi Əbdüssəməd bəy ilə Ağa Məhəmməd şah əvvəl dəfədə Azərbaycanın cənub səmtində vaqe olan vilayətləri hiyteyi-təsərrüfünə götürdükdə zəval rəsmi ilə şaha göndərmişdir. Məzkur Mirzə Vəlinin nəsli bu halda Qarabağda və Bakıda mövcud və Vəliyev familiyası ilə məşhurdurlar. Bəs, Baharlı Mirzə Vəli ilə Şıxlı Mirzə Vəlini qarşıdırmaq böyük səhvdir. Təəccüb budur ki, Qarabağın əhval və tarixinə bələd olanlar və onların cümləsindən şair Mirmöhsün ağa Ağamirzadə Şıxlı Molla Vəlinin vücudunu bilmərrə inkar edib, Molla Vəli Vidadi ancaq Mirzə Vəli Baharlıdan ibarət olmasını təkid edirlər və Mirmöhsün ağanın qövl və iddiasının qüvvəsincə bunu dəxi əlavə edə bilərik ki, neçə sənə bundan müqəddəm Baharlı qəryəsindən Həmid bəy Vəliyev ismində bir şəxs ilə tanış olduq. Bu cənabın ziyadə xoşsöhbət və dilavər olduğunu təhsin etdikdə bizə cavab verib dedi ki, filankəs bizim babamız çox dilavər və fəsih bir adam imiş, özünün də təbi-şeriyyəsi var imiş. Babasının adını soruşduqda bizə cavab verdi ki, babamızın adı Molla Vəlidir, "Vidadi" təxəllüs. Səhihi budur ki, Molla Vəli Vidadini onun dostu Vaqif çağırıb Qarabağa gətirdibdir. Və burada Cavanşir uyezdində məşhur "Gülüstan" adlanan yerdə—ki, sabiqdə xırdaca bir xanlıqdan ibarət imiş,--Molla Vəli Vaqifin vasitəsilə ora xanının hüzurunda müqərrəb və möhtərəm şəxslərdən birisi olubdur. Bu əhvalın doğruluğuna Vaqif ilə onun arasında vüqua gələn müşairə dəlalət eləyir. Vaqif yazır: Belə dursan o qapıda qış və yaz, Yetişərsən bir çörəyə sərfəraz. Bu doğru yolunda əyilsən bir az, Yəqin bil ki, çox xəyanət eylərsən.
Xanın məhəbbətin könlündə yatır, Bit yeyər ətini, olarsan qotur, Tərpənmə yerindən, əlbət, bərk otur, Vay halına bir hərəkət eylərsən.
Evini, malını yadına salma, Xan izin versə də, boynuna alma, Ömərin, Osmanın qaydına qalma, Sözlərini bidəyanət eylərsən.
Cavanşir xəlqilə ol qohum-qardaş, Qazaxın sözünü heç eyləmə faş, Demənəm dinini eylə qızılbaş, Əqlin olsa, özün, əlbət, eylərsən.
Xanı qoyub əgər evə getməsən, Qarğa mənə mətləbinə yetməsən, Ülüləmrin itaətin etməsən, Tərki-sünnət vəl-cəmaət eylərsən.
Vidadi Vaqifə yazdığı cavabın bir bəndində deyibdir: Dovtələb oluban gedibsən xandan, Ölüncə çıxmanam ta Gülüstandan, Sən hərgah çalışsan habelə candan, Hər nə desən, bil, aqibət eylərsən. Təsadüfi deyil ki, Molla Pənah Vaqifin şər qüvvələrdən qorunmasında Molla Vəli Vidadi də əlindən gələni əsirgəmir. Xalq Şairi Səməd Vurğunun “Vaqif” dramında da bu məsələ özünü qabarıq şəkildə göstərir. Əsərdəki bəzi parçalara diqqət yetirək: Vaqif