M. V. Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir



Yüklə 53,17 Kb.
səhifə3/5
tarix24.11.2022
ölçüsü53,17 Kb.
#70397
1   2   3   4   5
mvv mpv

Bu da haqqı-salam, bu da duz-çörək...
Dünyada dərd varmı mənim dərdim tək?
Bu xan bir ilanmış, saray yuvası,
Zəhrimar qoxuyur onun havası.
Vidadi
Vaqif, sabah məni yola sal gedim,
Torpaq evciyimi ziyarət edim.
Ordadır dünyanın zövqü, ləzzəti.
Sən də öz boynundan at bu minnəti,
Kəndimizə qayıt!
Vaqif
Yox, qayıtmaram.
İş ki belə düşdü, meydanda varam!
Vidadi
Əl çək bu tərslikdən, qulaq as mana!
Vaqif
Ölsəm də, ölməyim xoşdur mərdana!
Vidadi
Sən öz dediyindən dönməyəcəksən,
Səni yalnız qoyub gedəmmərəm mən.
Vidadi şair dostunu Qacarın cəzasından qurtarmaq üçün onun hüzuruna gəlir, ona təzim edir və deyir:
Şairdir... qəlbi var, şirin sözü var,
Böyük bir ölkənin onda gözü var,
O ölsə... dağlar da dil deyib ağlar,
Əfv edin... yaxşılıq qalır yadigar.
Bir məsələni də qeyd etmək yerinə düşər. Bu da odur ki, Vaqifi həm xalq, həm də Vidadi yaxşı başa düşür. Hər iki şair arasındakı anlaşma o qədər güclüdür ki, onlar bir-birinin sözündən heç vaxt incimir, birisi xalqın içində, digəri sarayda olsa da, hər ikisi xalqa bağlıdır, xalqla nəfəs alır. Hətta Vidadinin “Di gəl, durnalara bir şeir deyək” söyləməsi, saz çalması, deyişməsi Vaqifə olan ərkidir. Həm də onların bir-birini duymaları və başa düşmələridir. Xalqın, el-obanın, yurdun problemlərini onlar qədər bilən, duyan yoxdur. Odur ki, durnalara şeir demək, bu mövzuda deyişmək simvolik bir mahiyyət daşıyır. Burada xalqın, el-obanın, yurdun dərdi simvollaşır. Əsərdən bir parça:
Vidadi
Qatar-qatar olub qalxıb havaya,
Nə çıxıbsız asimanə, durnalar?
Qərib-qərib, qəmgin-qəmgin ötürsüz,
Üz tutubsuz nə məkanə, durnalar?
Vaqif
Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz?
Bir xəbər versəniz bizə, durnalar!
Vidadi
Bir baş çəkin dərdi-məndin halına,
Ərzə yazsın, qələm alsın əlinə,
Vidadi xəstədən Bağdad elinə
Siz yetirin bir nişanə, durnalar!
Vaqif
Nazənin-nazənin edərsiz avaz,
Ürək təzələnər, edər sərəfraz,
Vaqifin də könlü çox edər pərvaz,
Hərdəm sizin ilə gəzə, durnalar!
Molla Pənah Vaqifin hadisələrə münasibətində onun xarakterindəki özünəməxsusluğun bir neçə məqamını da xatırlamaq yerinə düşər. O, dünyadan hər an zövq almağa hazırdır. Hər günün ömürdən getdiyinin fərqinə varır, hətta cənnəti də, cəhənnəmi də bu dünyada axtarır. Bütün cənnətləri bu dünyanın özündə insanların quracağına inanır. Vaqif hər dərdi, bəlanı, qəmi özündən uzaqda tutur, dərdin, ələmin əlacını gözəllərdə axtarır, gözəlləri özünün Məkkəsi, Mədinəsi sayır. Bu xüsusiyyətlər onun özünəməxsusluğunun bir tərəfidir. Şairin özünəməxsusluğunun ikinci bir tərəfi Şuşa qalasında səhər vaxtı, günəş yenicə çıxan zaman divara yazdığı şeiri Əli bəyə oxuduqda fərqli bir Vaqifə çevrilməsidir. Fərqli Vaqif yazdığı şeirdə deyir:

Yüklə 53,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin