28
və ismarıcların paylamasını ehtiva etməklə və buna müvafiq məna çıxararaq necə
bölüşdürüləcəyi ilə əlaqədar fəaliyyətə infrastruktur təmin edir.
Qarşılıqlı təsir isə, işçilərin necə qavrayacağı, digərləri ilə necə əlaqə quracağını
təyin
etməklə bərabər daha çox əlaqə, anlama, etibarlılıq, güvən və əməkdaşlıq
prinsiplərinə xidmət edir. Hər ikisi də uğur üçün lazımi anlayışlardır.
Texnologiyanın inkişafı ilə birlikdə informasiya, bilik asan yayılır, ancaq üz-üzə
ünsiyyət hələ də işçilərin ən çox üstünlük verdikləri üsuldur. Bu üsulun tətbiq
olunması hər bir təşkilatda dəyişiklik
göstərə biləcəyi kimi, mahiyyətcə hərəkət, iş,
sözlərdən daha yüksək səslə danışmaqla; idarəçilərin necə davrandığını ən
mükəmməl müəyyənləşdirən vasitə kimi qarşımıza çıxır. Bu istiqamətdə idarəçilərin
bilik və bacarıqlarını artırmaq və işçilərdən alacaqları geri
bildiriş mexanizmlərini
inkişaf etdirmələri vacibdir.
7. Ölçünün təsiri: Ölçü ünsiyyət planının nəticələrini ən yaxşı göstərə biləcək tək
üsuldur. Ünsiyyətə edilən investisiyanın geri dönüşü də ancaq bu yolla müəyyən edilə
bilər.
Ünsiyyətə əhəmiyyət verən bütün şirkətlər, nizamlı olaraq sorğular, tədqiqatlar
aparmaqla, nəticələri dərc etməklə və buna əsasən tədbir
alaraq daxili ünsiyyət
planlarını yenidən işləyirlər.
"Bütöv effektiv ünsiyyət modeli" modelinin ölçü hissəsini daha yaxşı analiz
etmək və digər modellərin də ölçmə və qiymətləndirmə
dedikdə nəyi nəzərdə
tutduqlarını anlamaq üçün Synopsis'in "dəyər zənciri" olaraq təsvir etdiyi ölçmə
sisteminə baxmaqda fayda vardır.
Dəyər
Zincirini Ölçülməsi Sistemi, daxili ünsiyyətin işin nəticəsində əks
olunması ilə əlaqədar bir modeldir və iki hissədən ibarətdir.Birinci hissə əsas yəni nə
olursa olsun ölçülməsi mütləq olan hissədir. İkinci hissə isə, daxili ünsiyyətin qatdığı
dəyər ilə əlaqədar hissədir.