Magistratura məRKƏZİ


Xarici investisiyya faliyyətinin dövlət tənzimlənməsi mexanizmi



Yüklə 0,64 Mb.
səhifə20/41
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#34796
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
shirinov ilkin

2.3 Xarici investisiyya faliyyətinin dövlət tənzimlənməsi mexanizmi

İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi dedikdə, ölkədə vahid iqtisadi, elmi-texniki, sosial siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlər sistemi başa düşülür. Bu tədbirlərin maliyələşdirilməsi resbublika və yerli büdcələr və şəxsi vəsaitlər hesabına yerinə yetirilir. Investisiya qoyuluşları başlıca olaraqölkənin ictimai təlabatının ödənilməsinə, iqtisadiyyatın strateji sahələrinin inkişafına yönəldilir. Təsərrüfat və mülkiyyət formalarından aslı olmayaraq respublika investisiya qoyuluşları fəaliyyətdə olan ölkə qanunvericilik aktları ilə tənzimlənir. Dövlət, respublikanın sosial-iqtisadi inkişafını tənzimləmək və habelə, xalq təsərrüfatında lazımi nisbətlərin yaradılması, istehsal və sosial infrastrukturun formalaşmasına ciddi nəzarət edir.

Məlum olduğu kimi, hər hansı bir istehsal və sosial sahələrinin yaradılması yenidən, qurulması, genişləndirilməsi və beləliklə, məşğulluğun təmin edilməsi müvafiq investisiya qoyuluşlarını və ondan daha səmərəli istifadə edilməsini tələb edir.

Bunun üçün ölk lazımi maliyyə, material resurslarına malik olmalıdır. Əks halda

milli iqtisadiyyatın formalaşdırılmasını və inkişafını təmin etmək məqsədilə ölkəyə xarici investorların cəlb edilməsi zəruriyyətə çevrilir. Məhz buna görə də, müasir bazar iqtisadiyyatı şəraitində respublikamızda xarici ölkələrin marağına və Azərbaycan milli iqtisadiyyatının inkişafına tam uyğun olaraq, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi imkanı yaradılır.

Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini bir vəzifə kimi qarsıya qoyur. Bu baxımdan xarici investisiya qoyuluslarının rolu və əhəmiyyəti son dərəcə yüksəlmiş olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi milli daxili məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə, strateji sahələrin rol və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən, respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun Dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyyatın inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir.

Bütün bunlarla yanaşı dövlət investisiya fəaliyyətinin tənzimlənməsində müxtəlif metodlardan (iqtisadi mexanizmlərdən) daha fəal istifadə etməlidir. Bu mexanizmlərə əsasən aşagıdakıları aid etmək olar:


  • vergitutma subyektlərinin və obyektlərinin, vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi;

  • kredit və amortizasiya siyasətinin həyata keçirilməsi, o cümlədən əsas fondların sürətli amortizasiyası yolu ilə. Amortizasiya üzrə güzəştlər, ayrı-ayrı iqtisadi sahələr, əsas fondların və avadanlığın müxtəlif növləri və elementləri üçün dəyişkən və fərqli müəyyən edilə bilər;

  • ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün subvensiya, subsidiya büdcə borclarının verilməsi;

  • dövlət norma və standartlarının müəyyənləşdirilməsi;

  • antiinhisar tədbirlərinin görülməsi;

  • torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi;

  • qiymətqoyma siyasətini həyata keçirilməsi;

  • investisiya lahiyələrinin ekspertizasının keçirilməsi;

  • başqa tədbirlər.

Həmçinin, investisiya fəaliyyətinin dövlət tənzimlənməsinə dövlət investisiyasının idarə olunması, habelə investisiya fəaliyyəti şərtlərinin tənzimlənməsi və bu şərtlərə investisiya fəaliyyətinin bütün subyektləri tərəfindən əməl edilməsinə nəzarət daxildir.

Dövlət investisiyasının idarə olunması respublika və yerli hakimiyyət və idarəetmə orqanları tərəfindən həyata keçirilir və büdcə, büdcədənkənar vəsaitin və həmin orqanlar tərəfindən cəlb edilən basqa vəsaitin planlaşdırılmasından, investisiyanın şərtlərinin müəyyənləşdirilməsindən və bunlarla bağlı digər məsələlərin həllindən ibarətdir.

Bazar iqtisadiyyatında dövlət investisiya fəaliyyətinin aktivləşdirilməsi üzrə aşağıdakıları tədbirlər həyata keçirir:

Maliyyə sənaye qruplarının yaradılması; mülkiyyətçinin hüquqlarının qorunması; vergi qanunvericiliyinin təkmilləşdirilməsi; lisenziyalaşdırmanın və müqavilə hüquqlarının inkişaf etdirilməsi.

Dövlət maliyyə sənaye qrupları və holdinqlər yaratmaqla o, ölkədə investisiya fəaliyyətinin sistematik həyata keçirilməsinə nail ola bilər. Holdinqlərin yaradılması onun iştirakçılarına aşağıdakı amillər hesabına öz fəaliyyətlərini genişləndirməyə imkan verir. Başqa sözlə, səhmlərin alınması hesabına onlar firmalar üzərində nəzarəti həyata keçirmək, iri şirkətlər vasitəsilə kommersiya fəaliyyətini reallaşdırmaq, dövlətlə özəl qrumlar arasında iqtisadi əlaqələri möhkəmləndirmək, vergi ödəmələrini artırmağı və risklərin səviyyəsini azaltmaq mümkün olur. Ümumiyyətlə, maliyyə sənaye qrupları ölkədə vahid texnoloji sistemə aid olan müəssisələrin birləşdirilməsi məqsədilə yaradılır. Bu da həmin sferalarda istehsalın elmi-texniki səviyyəsini yüksəltməyə münbit şərait yaradır. Bu zaman digər məqsəd xarici investorların cəlb edilməsi hesab oluna bilər.

Mülkiyyət hüquqlarının müdafiəsini təmin etmək üçün üzrə dövlət tərəfindən müəyyən qanunların, normativ hüquqi aktların qəbul edilməsi zəruridir. Bunu nəzərə alaraq ölkəmizdə investisiya fəaliyyəti və xarici investisiyaların qorunması haqqında qanunlar qəbul olunmuşdur. Bu qanunlara əsasən investorların vəsaitləri milliləşdirilə bilməz. Yəni dövlət hər bir investora vəsaitlərini hara və hansı həcmdə qoymağa müdaxilə etmir. Məhdud hallarda bəzi sahələrə investisiya qoymaq üçün dövlət hakimiyyət orqanlarından (Nazirlər Kabineti və Milli Məclisdən) razılıq almaq tələb olunur. Lakin elə sahələr də var ki, dövlətin milli təhlükəsizlik nöqteyi-nəzərindən bu sahələrə investisiya qoyulması qanunla qadağan olunmuşdur.

İnvestisiya fəaliyyətini tənzimləmək üçün dövlət vergi və kredit dərəcələrinin, texniki-sanitar-gigiyenik normaların, arxitektur normaların dəyişdirilməsini həyata keçirir. Eyni zamanda investisiya ilə yığım arasında birbaşa əlaqələr mövcuddur. Belə ki, əhalisinin gəliri az olan ölkələrdə məcmu gəlir əsasən əhalinin istehlak tələbini ödəmək üçün istifadə edildiyindən, onun çox az hissəsini investisiya kimi müəssisənin inkişafına yönəlymək mümkün olur. Məcmu gəlir tədricən artdıqca tələbin sturukturu da dəyişir (Engel qanunu). Lakin yenidən həmin vəsaitlər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına investisiya kimi ötürülür. Müəyyən müddətdən sonra əhalinin gəlirinin artmasına baxmayaraq onun tələbi əvvəlki səviyyədə qalmır, azalır və nəticədə vəsaitlər müəssisəyə investisiya kimi deyil, əhalinin əlində yığım kimi formalaşır. Məhz bu vəsaitləri investisiya kimi iqtisadiyyata yönəltmək bankların üzərinə düşür. Ona görə də Keynsin “Multiplikator nəzəriyyəsi”-nə əsasən ÜDM-lə investisiya arasında əlaqə mövcuddur.

“Xarici investisiyaların qorunması haqqında” qanun Milli Məclis tərəfindən 15 yanvar 1992-ci ildə qəbul edilmişdir. Həmin bu qanuna əsasən xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilər:

1) Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birgə yaradılan müəssisələrdə payçılıq iştirakı;

2) Təmamilə xarici investorlara məxsus olan müəssisələrin yaradılması yolu ilə;

3) Qiymətli kağızların əldə edilməsi vasitəsilə;

4) Torpaq və digər təbii ehtiyyatlardan istifadə hüquqlarının əldə edilməsi yolu ilə;

5) Yerli müəssisələrlə müqavilələrin bağlanması yolu ilə;

Xarici investisiyalar və yaxud investisiyalı müəssisələr dövlət qeydiyyatından keçir və bu anda Azərbaycan Respublikasının hüquqi şəxsi statusunu əldə etmiş olur. Xarici investisiyalar yalnız təbii fəlakətlər və digər fövqəladə hallarda rekvizisiya edilə bilər. Rekvizisiya haqqında qərarı Nazirlər Kabineti qəbul edir. Göstərilən hər iki halda investora təxirə salınmadan müvafiq konpensasiya ödənilir. Qanunvericiliklə xarici investorlara fəaliyyətləri zamanı əldə etdiyi gəliri və yaxud kompensasiyaları istədiyi valyuta şəklində xaricə köçürməyə icazə verilir. Xarici investorlar Azərbaycan Respublikası ərazisində torpaqdan və digər təbii ehtiyyatlardan istifadə və icazə hüquqları verilir. Qanunvericiliyə görə torpağın satışı Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə qadağandır. Xarici investorlar faydalı qazıntıların kəşfiyatı və işlənməsi hüquqlarını Parlamentdə təsdiq edilən hökumət müqavilələri əsasında həyata keçirir. Azərbaycanda xarici investorlar özəlləşdirmədə iştirak edə bilərlər. Özəlləşdirmə zamanı aşağıdakılar xarici investisiyalı müəssisələr hesab edilir:

1) Təmamilə xarici investor tərəfindən özəlləşdirilmiş müəssisələr;

2) Nizamnamə kapitalında xarici investorların sayı 25 %-dən çox olan birgə müəssisələr.

Ölkəmiz iqtisadi inkişafın еlə bir səviyyəsinə çatmışdır ki, bu zaman əsas prоblеm təkcə milli iqtisadiyyata invеstisiya qоyuluşunun ümumi kəmiyyət artımında dеyil,оnların tехnоlоji, sahə, təkrar istеhsal quruluşunu təkmilləşdirmədə iştirakından, оnun həyata kеçirilməsi səmərəliliyinin artırılmasından ibarətdir. Bu da yaхın və uzaq gələcəkdə invеstisiya prоsеsində istifadə оlunan dövlət rеsurslarının sahələr arasında bir-birilə qarşılıqlı əlaqədə оlması və bütünlükdə invеstisiya-innоvasiya tələbinin artmasını təmin еdən invеstisiya multiplikatоru mехanizminin təsir еtəmsinə səbəb оlur.

Milli iqtisadiyyatın dinamik və davamlı inkişaf хaraktеrini оbyеktiv qiymətləndirmək üçün innоvasiya anlayışının və milli innоvasiya sistеminin düzgün dəyərləndirilərək şərh еdilməsi vacib hеsab еdilir. Оna görə milli innоvasiya sistеmi dеdikdə, ilk növbədə aşağıdakılar nəzərə alınmalıdır:

1. İqtisadi artımın uzunmüddətli qanunauyğunluqları;

2. Tехniki iqtisadi inkişafın bеynəlхalq,qlоbal istiqamətləri;

3. Milli iqtisadiyyatın rəqabət üstünlükləri və istiqamətləri;

4. Daхili və dünya bazarlarının tələbləri;

5. Milli iqtisadiyyatın inkişafının start vəziyyəti və rеal şərait;

6. Rеsurslar balansı və оndan istifadə dərəcəsinin vəziyyəti;

7. Milli iqtisadiyyatın yеni tələblərdən irəli gələrək struktur dəyişikliklərinin dərəcəsi.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin