www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
139
139
139
139
139
139
139
139
139
bağlı olmayan iĢlər görməsi, dünyagörüĢünə, əqidəsinə, inam
və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi
təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləĢir. Bu
funksiyalar bir-birilə qarĢılıqlı surətdə əlaqədardır. Ġradə
Ģəxsiyyətin motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli
olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım
gəldikdə onun fəallığını ləngidir.
Ġradə baĢqa psixi hadisələr kimi, inikasın bir formasıdır.
Belə bir inikas zamanı, fəaliyyətin obyektiv məqsədi
psixikada əks olunur. Ġradə özündə Ģüurun 3 mühüm xassəsini
birləĢdirmiĢdir: idrak, münasibət və hiss.
Ġnsan fəaliyyətinin məzmununa, onun səmərəliliyinə
müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır.
Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir,
həm də onun motivlərinin gücləndirilməsinə Ģərait yaradır.
Fəaliyyət motivlərinin aktuallaĢdırılması, Ģəxsiyyətin xəyali
motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir.
Xəyali motivlərin formalaĢması, Ģəxsiyyətin inkiĢaf
səviyyəsindən asılıdır. Bir halda tələbə gözünün qabağına
gətirir ki, o beynəlxalq əhəmiyyətli konfransda, xarici
qonaqların çıxıĢlarını səlist və düzgün qaydada iĢtirakçılara
tərcümə edir, təĢkilat komitəsi tərəfindən təĢəkkürnamə alır.
Tədbirdən sonra, məĢhur bir Ģirkətin prezidenti ona
yaxınlaĢaraq onların Ģirkətində tərcüməçi iĢləməyi təklif edir.
BaĢqa halda isə, o, gözlərinin qarĢısında rəfiqələrinin məĢhur
estrada müğənnisinin konsertində iĢtirak etmələrini, ondan
sonra Ģəhərə gəzməyə çıxmalarını, deyib-gülmələrini
canlandırır.
Bütün bunlar xəyali situasiya kimi fəaliyyətin gediĢinə
güclü surətdə təsir göstərir, onun səmərəsini birinci halda
artırır, ikinci halda isə zəiflədir. Müsbət xəyali motivin
köməyi ilə, insan gördüyü iĢə daha mühüm məna verməklə,
özünün iradi səyini gücləndirmiĢ olur. Deməli, iradə həm də
təxəyyüllə də bağlıdır. Belə ki, insan fəaliyyət göstərəcəyi