VI.20.3. Kiçik məktəblilərdə hisslərin, iradə və xarakterin
inkiĢafı
Məktəbə daxil olmaqla əlaqədar uĢaqda bir sıra yeni,
mürəkkəb və ziddiyyətli hisslər özünü göstərməyə baĢlayır.
Bu hisslər uĢağın yeni vəziyyəti ilə bağlı olur. Məktəbə yenicə
gəlmiĢ uĢaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər: onlar
fəxr edirlər ki, artıq məktəblidirlər, “böyük” olmuĢlar. Eyni
zamanda məktəbə təzə gələn uĢaqlar bəzi həyəcanlı anlar da
keçirməyə baĢlayırlar: “Görəsən məktəbdə necə olacaq?
TapĢırıqları yerinə yetirə biləcəkmi? YoldaĢları, müəllim necə
olacaq? və s.
Bütün bunlarla yanaĢı olaraq mühitin, təlim və
tərbiyənin təsiri altında uĢaqlarda bir sıra müsbət hisslər
yaranmağa baĢlayır. Təlimdə qazandığı ilk müvəffəqiyyət uĢa-
ğı sevindirir.
Kiçik məktəb yaĢlı uĢaqlarda hisslər az davamlı və
keçici olur. Onların hissləri asanlıqla bir-birini əvəz edir. Bu
dövrdə uĢaqlar öz hisslərini gizlətməkdə çətinlik çəkirlər.
Kiçik məktəb yaĢının sonuna doğru uĢaqların hissləri
nisbətən davamlı xarakter daĢımağa baĢlayır.
|