Deməli, öyrənməyə qabillik insanın təlim prosesində
bilik, bacarıq və vərdişləri mənimsəməsinin sürət və
keyfiyyətinin fərdi göstəricisindən ibarətdir.
Öyrənməyə qabilliyin ümumi və xüsusi növləri vardır.
Öyrənməyə ümumi qabillikdən danıĢarkən hər cür materialı,
bütün tədris fənlərini mənimsəməyə qabillik, öyrənməyə
xüsusi qabillikdən söhbət gedərkən isə ayrı-ayrı materialları
(müxtəlif elmləri, incəsənəti, yalnız bir fənni, tək bir praktik
fəaliyyət növünü) mənimsəməyə qabillik nəzərdə tutulur.
Bunlardan birincisi fərdin ümumi, ikincisi isə xüsusi
istedadının göstəricisi hesab olunur.
Öyrənməyə qabilliyin əsasında idrak proseslərinin,
Ģəxsiyyətin iradi-emosional sahəsinin inkiĢaf səviyyəsi, eləcə
də bunlardan doğan təlim komponentlərinin inkiĢafı dayanır.
Lakin öyrənməyə qabillik təkcə fəal dərketmənin inkiĢaf
səviyyəsilə, daha doğrusu, subyektin müstəqil olaraq dərk
etmə və mənimsəmə bacarığı ilə deyil, onun artıq müvafiq
bilik və bacarıqlara malik olan adamın köməyilə dərk edə və
mənimsəyə bilmək bacarığı səviyyəsi ilə də Ģərtlənir. Ona
görə də öyrənməyə qabillik təlim və mənimsəmə qabiliyyəti
kimi müstəqil dərk etmə qabiliyyətlərindən fərqlənir və yalnız
idrak qabiliyyətlərinin inkiĢafı kimi qiymətləndirilə bilməz.
Dostları ilə paylaş: |