www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
319
319
319
319
319
319
319
319
319
olurlar. Onlarda yalnız xoĢlarına gələn iĢlə məĢğul olmaq
adəti hökm sürür. Ona görə də diqqəti cəmləĢdirmək, hafizəni
gərginləĢdirmək, fəal Ģəkildə fikirləĢmək onlarda narazılıq
yaradır. Bunun əsasında təlimdə yaranan müvəffəqiyyətsizlik
mənəvi konfliktin yaranmasına gətirib çıxarır. Bu da öz növ-
bəsində təlimə qarĢı mənfi münasibət yaradır. Belə uĢaqların
gələcək planları təlimlə bağlı olmur. Onların maraqları
müxtəlif olur ki, bunların içərisində idrak maraqları da
mühüm yer tutur.
Geridə qalan ikinci tip Ģagirdlər arasında da iki yarımtip
müəyyənləĢdirmək mümkündür.
Bunlardan birinci yarımtipə özünün təlimdəki müvəf-
fəqiyyətsizliyini,
kollektivdəki
uğursuz
vəziyyətini
sinifdənkənar əqli fəaliyyətlə əvəz edən Ģagirdləri aid etmək
olar. Onların gələcək haqqında arzuları məhz sinifdənkənar
məĢğuliyyətin həmin sahəsi ilə bağlı olur. Bu cür Ģagirdlərdə
təlimin geniĢ sosial motivləri formalaĢmamıĢ olur.
Ġkinci yarımtipə məxsus olan Ģagirdlərin təlimdəki
müvəffəqiyyətsizlikləri onları baĢqaları ilə, xüsusilə məktəb-
dənkənar qruplarla əlaqəyə girmək üçün yollar axtarmağa
yönəldir. Belə uĢaqlarda tez-tez mənfi sosial istiqamətə malik
olan maraq və meyllər müĢahidə olunur. Bu Ģagirdlər çox vaxt
Ģagird mövqeyini itirirlər. Onlar intizamı kobudcasına
pozurlar və müəllimlərin yanında etibarlarını itirirlər.
Dərsdə geridə qalan üçüncü tip Ģagirdlərin xarak-
teristikasını vermək o qədər də çətin deyildir. Bu tipə aid olan
Ģagirdlər bir növ birinci tip Ģagirdlərin zəif öyrənməyə qabillik
xüsusiyyətini və ikinci tip Ģagirdlərin asosial istiqamətlərini
özlərində əks etdirirlər.
Geridə qalma, təlimdə müvəffəqiyyətsizliyin səbəb-
lərinin və onların tiplərinin təhlili müəllim üçün, Ģübhəsiz,
böyük əhəmiyyətə malikdir. Çünki bu zaman məktəbdə özünə
yer edən bu xəstəliyin qarĢısını almaq və aradan qaldırmaq
imkanı yaranır. Lakin hələ psixoloji tədqiqatlar həmin
|