www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
326
326
Ģagird öyrəndiyini anlasın, həm də bu cür anlama təkcə
müəllimin Ģərh etdiyi materialların öyrənilməsi zamanı deyil,
Ģagirdin hər cür materialı öyrənməsi zamanı səmərəli yol
olaraq qalsın. Bunun üçün isə materialın özünün anlaĢıqlı
olmasının rolu böyükdür. Lakin bununla yanaĢı olaraq, nəzərə
almaq lazımdır ki, materialın anlaĢıqlılığı mənimsəmə
subyektindən asılı olmayan təcrid edilmiĢ keyfiyyət deyildir.
Materialın anlaĢıqlı olması eyni zamanda Ģagirdin həmin
materialı anlaması üçün zəruri anlayıĢ və iĢlərə nə dərəcədə
yiyələnməsindən də asılıdır. Bununla yanaĢı anlaĢıqlılığın
səviyyəsi də müxtəlif ola bilər. Bütün bunlar müəllimin həmin
prosesi idarə etməsini tələb edir.
Təcrübə göstərir ki, bəzən Ģagird müəllimin izahında
müstəqil oxuyub öyrəndiyi materialda hər hansı bir cəhəti
anlamadıqda, onu müəllimdən xəbər almayıb baĢa düĢmədən
mexaniki olaraq öyrənir ki, bu da biliyin keyfiyyətinə mənfi
təsir göstərir. Ona görə də müəllim öz Ģagirdlərinə baĢa
salmalıdır ki, aydın olmayan, az anlaĢılan məsələlərin
üstündən keçməmək, onları tamamilə anlayıb öyrənmək
vacibdir. Ən düzgün və səmərəli yol fikirləĢə-fikirləĢə
öyrənməkdir. Məhz buna görə də L.N.Tolstoy haqlı olaraq
yazmıĢdır ki, bilik yalnız o zaman bilikdir ki, o, təkcə hafizə
ilə deyil, həm də adamın öz fikirlərinin gücü ilə qazanılmıĢ
olsun.
Tədris materialının strukturu, quruluĢu da onun
öyrənilməsinə, yaxĢı və ya pis mənimsənilməsinə öz təsirini
göstərir. Materialın bu xüsusiyyəti onun anlaĢıqlılığı ilə sıx
bağlıdır. Materialın anlaĢıqlılığı yeni ilə köhnə, məlum
olmayanla məlum olan arasındakı əlaqəyə, materialın
strukturu isə bu əlaqənin necə, hansı yollarla yarandığına
əsasən müəyyən edilir.
Materialın həcmi də onun mənimsənilməsinə təsir edən
mühüm xüsusiyyətlərdəndir. Materialın həcmi dedikdə ona
daxil olan ünsürlərin miqdarı nəzərdə tutulur. Mənasız
materialda yadda saxlanılacaq ünsürlərin miqdarını müəy-
|