formasıdır. Adətən, təlim materialları müxtəlif formaya malik
ola bilər. Forma etibarilə o, əĢyavi, obrazlı, sözlü və simvolik
Ģəkildə ifadə edilir. Təlim materialının göstərilən formalarının
hər birinin özlərinə məxsus dil və üslub xüsusiyyətləri vardır.
Ona görə də təlimin həmin formalarından və onların
xüsusiyyətlərindən asılı olaraq öyrənmə, mənimsəmə də
müxtəlif Ģəkildə gedir. Bu baxımdan təlim prosesində həmin
cəhətlərin nəzərə alınması zəruridir. Müəyyən yaĢ dövründə
təlim materialının müvafiq formasından istifadə olunması
öyrənmənin müvəffəqiyyətini təmin etmək üçün mühüm
əhəmiyyətə malikdir.
Psixoloji tədqiqatlar əsasında materialın formaca
düzgün tərtib edilməsinə verilən psixoloji tələblər müəyyən-
ləĢdirilmiĢdir. Bu tələblərə düzgün əməl edilməsi təlim
|