www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
366
366
bilmirlər. Ona görə də bu cür müəllimlərin Ģagird kollektivini
idarəetmələri çətinləĢir. Bu cür müəllimlər arasında avtoritar
rəhbərlik üslubuna malik olanlar tez-tez özünü göstərir.
Bununla yanaĢı həmin qrupa daxil olan müəllimlər arasında
müəyyən miqdarda demokratik və ardıcıl olmayan rəhbərlik
üslubuna malik olan müəllimlərə də rast gəlmək mümkündür.
Dördüncü qrupa gəldikdə, buraya daxil olan müəl-
limlər Ģagirdlərlə çox məhdud iĢgüzar ünsiyyətlə kifayət-
lənirlər. Bu cür müəllimlər Ģagirdlərlə ünsiyyətə can
atmadıqları kimi, dərs dedikləri Ģagirdlər də onlarla yaxın
ünsiyyətə, ürək sözlərini deməyə, onlarla məsləhələĢməyə
meyl göstərmirlər. Bu qrupa, əsasən avtokratik və etinasız
rəhbərlik üslubuna malik olan müəllimlər daxil olurlar.
Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də
mühüm vasitə rolunu oynayır. Adətən, müəllimin tutduğu
mövqe onun ünsiyyətinə əsaslı təsir göstərir. Psixoloji
ədəbiyyatda qeyd olunduğu kimi, müxtəlif üsluba malik olan
kommunikativ qarĢılıqlı təsir müəllimin dərsdə Ģagirdlərlə
ünsiyyətində bir sıra davranıĢ modelinin meydana gəlməsinə
səbəb olur. Psixoloqlar (L.D.Stolyarenko və b.) Ģərti olaraq bu
modellərə aĢağıdakıları aid edirlər:
Dostları ilə paylaş: |