www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
374
374
Bu cür çətinliklər müəllim Ģəxsiyyətinin fərdi xüsusiyyəti,
motivləĢməsi, özünüqiymətləndirməsi, əhvalları ilə Ģərtlənir.
Həmin daxili amillər konkret pedaqoji məsələnin həllinə təsir
göstərir.
3. Daxili səbəblərdən törəmiĢ xarici səbəblərlə Ģərtlənən
psixoloji çətinliklər (Ç
3
). Daxili səbəblərlə Ģərtlənən
çətinliklər müəllimin pedaqoji situasiyasını qavrama və
təsəvvür etməsini təhrif edir, nəticədə müəllimdə yalançı
problem yaranır, o, öz qarĢısına uyğun olmayan məqsəd qoyur
və Ģəraitə uyğun olmayan məsələni həll edir.
Adətən, müəllim daima Ģagirdlərlə, bütövlükdə siniflə
münasibətdə olur, həmin münasibətlər onun təlim, tərbiyə,
təĢkilati proseslərindəki praktik fəaliyyətində inkiĢaf edir.
Prosesi təmin etmək üçün müəllimin pedaqoji fəaliyyət
zamanı baĢ verən çətinliklərin qarĢısını almağa imkan verən
münasibətləri yaratmağa hazır olması zəruridir. Müəllimdə isə
bu cür zəruri qabiliyyət, bacarıq və vərdiĢlərin olmaması iĢdə
qüsurlara, arzu olunmayan çətinliklərin baĢ qaldırmasına
gətirib çıxarır.
Qeyd olunan psixoloji çətinliklərin hər biri (hər tip
çətinlik) o birisindən fərqləndiyi kimi, onları aradan qal-
dırmaq, bu sahədə müəllimə təsir formaları da müxtəlif
olmalıdır.
Psixoloqlar pedaqoji fəaliyyət zamanı müəllimin
qarĢılaĢdığı psixoloji çətinliyin tipindən asılı olaraq aĢağıdakı
təsir formalarından istifadənin vacibliyini qeyd edirlər:
1) Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik baĢ
verdikdə öyrədici formadan, təlim və ya özünütəlimdən
istifadə olunması (müəllimin biliyindəki çatıĢmazlığı aradan
qaldırmaq).
2) Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik baĢ
verdikdə psixoterapevtik formadan istifadə etmək, gərginliyin
götürülməsi üçün lazımi Ģəraitin yaradılması (müəllimlə
psixoloji iĢ).
3) Daxili səbəblərdən törəmiĢ xarici səbəblərlə Ģərtlənən
|