www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
375
375
375
375
375
375
375
375
375
psixoloji çətinlik baĢ verdikdə psixotexniki formadan istifadə
etmək, əməyin səmərəliliyini yüksəltmək məqsədilə
müəllimlərin mövqelərini dəqiqləĢdirmək üçün yaranmıĢ
problemlə əlaqədar məktəb müəllimlərinin birgə iĢi (uyğun
pedaqoji təsir vasitələrinin tapılması və yaradılması).
Müəllimin pedaqoji mərifəti. Pedaqoji ünsiyyət
zamanı müəllimin pedaqoji mərifəti onun Ģəxsiyyətinin ən
dəyərli və pedaqoji fəaliyyət üçün zəruri olan keyfiyyəti hesab
olunur. Pedaqoji mərifət müəllimin özünə qarĢı gənclərin
rəhbəri, tərbiyəçisi kimi sosial gözləmələri adekvat qavrama
əsasında qurulan davranıĢdır. Müəllimin pedaqoji mərifəti onu
Ģagirdlərlə, onların valideynləri ilə, müəllim yoldaĢları ilə
düzgün münasibət saxlaya bilmək bacarığı və həddini
aĢmamasında təzahür edir. Təcrübə göstərir ki, pedaqoji
mərifətin gözlənilməməsi pedaqoji ünsiyyətin pozulması ilə
yanaĢı pedaqoji fəaliyyətin əsas məqsədini həyata keçirməyə
mane olur, müəllimlə Ģagirdlər arasında münaqiĢənin
yaranmasına gətirib çıxarır.
Pedaqoji mərifət müəllimin davranıĢında həlledici yer
tutur. Pedaqoji mərifətə malik olmayan müəllim öz
Ģagirdlərinin gözündən asanlıqla düĢür, onların hörmətini
qazana bilmirlər. Xüsusilə yenicə pedaqoji fəaliyyətə baĢlayan
günü müəllim məhz həmin keyfiyyətlərin olmaması üzündən
çox vaxt özündə öz gücünə inam hiss etmir.
Pedaqoji mərifətin mühüm cəhətlərindən müəllimin
Ģagirdlərə, uĢaq kollektivinə düĢünülmüĢ və diqqətli
münasibəti, çıxarılan qərarlarda ehtiyatlılıq, Ģagirdin
mənliyinə toxunmamaq və s. qeyd etmək olar.
Pedaqoji mərifət öz-özünə biruzə vermir. O, müəllimin
gündəlik fəaliyyətində, iĢində özünü göstərir. Müəllim Ģagird
kollektivi ilə, onların təlim və tərbiyəsi ilə məĢğul olur. Bu
zaman Ģagirdlərin təlim müvəffəqiyyətini, davranıĢ tərzini
qiymətləndirməli olur. Burada isə istər-istəməz onun pedaqoji
mərifəti təzahür edir.
|