www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
311
311
311
311
311
311
311
311
311
isə təlimdir. Ona görə də öyrənmənin strukturunu bilmədən,
bu strukturu nəzərə almadan təlim fəaliyyətini təĢkil etmək də
çətinləĢərdi. Öyrənmənin, təlimin psixoloji strukturuna
aĢağıdakı komponentləri daxil etmək mümkündür: İdrak
tələbatları, təlim motivləri təlim məqsədləri və vəzifələri,
tədris
işləri,
özünənəzarətə
keçən
nəzarət,
özünüqiymətləndirməyə keçən qiymətləndirmə.
Tədris iĢləri də müxtəlif olur. Buraya təhrikedici
(icraedici), proqram-məqsədli, fəal əməliyyatlı, nəzarət-
tənzimedici (qiymətləndirici, yoxlayıcı, təshihedici) iĢləri aid
etmək olar.
Ümumiyyətlə, psixoloji tədqiqatlar əsasında əldə edil-
miĢ faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki, idrak
tələbatlarının ödənilməsi insanın normal Ģəkildə inkiĢafı üçün
zəruri Ģərtdir. Eyni cəhət insanın öyrənməsinə, təlim fəaliyyə-
tinə də aiddir. Öyrənmə məhz insanın idrak tələbatlarından
baĢladıqda onun fəallığını təmin edən əsas amilə, motivə
çevrilir. Yuxarıda qeyd etdiyimiz kimi, vasitəsiz motiv olan
idrak motivləri ilə yanaĢı, vasitəli motivlər də Ģagirdi
öyrənməyə təhrik edir. Bu mənada təlimin motivləĢməsi,
motivasiya sahəsinin yaranması mühüm əhəmiyyətə malikdir.
Təlim motivləri barədə sonrakı bölmədə qeyd olunduğuna
görə burada həmin məsələni geniĢ Ģərh etmirik.
Öyrənmənin strukturunda təlim məqsədləri və
vəzifələrinin də özünəməxsus yeri və rolu vardır. Məhz bu
cəhət öyrənmənin təlim xarakteri daĢımasına imkan verir.
BaĢqa sözlə, öyrənmə planlı, müəyyən məqsəd və vəzifələri
yerinə yetirəcək Ģəkil aldıqda təlimə çevrilir, bilik bacarıq və
vərdiĢlərin mənimsənilməsinə gətirib çıxarır. Deməli, təlim
fəaliyyətinin məqsədi müvafiq bilik, bacarıq və vərdiĢlərin
əldə edilməsindən ibarətdir. Lakin əgər Ģagirddə həmin bilik,
bacarıq və vərdiĢlərə yiyələnmək tələbatı yoxdursa həmin
məqsədə nail olması mümkün deyildir.
Nəhayət, qeyd etdiyimiz kimi, öyrənmənin məqsəd və