psixoloji çətinliklər. Müəllimin pedaqoji fəaliyyəti və
pedaqoji ünsiyyəti həmiĢə rəvan, maneəsiz getmir. Müəllim
bu prosesdə bir sıra psixoloji çətinliklərə rast gəlir ki, onları
nəzərə almadan və aradan qaldırmadan pedaqoji fəaliyyətin
müvəffəqiyyətindən danıĢmaq mümkün deyildir. Bəs bu
çətinliklər hansılardır və hansı tiplərə ayrılır?
Müəllimin pedaqoji fəaliyyəti yerinə yetirərkən
qarĢılaĢdığı çətinlikləri müxtəlif göstəricilərə əsasən tiplərə
ayırmaq mümkündür. Buraya çətinliyi doğuran səbəbin
obyektiv və ya subyektiv olmasını, çətinliyin dərk olunma
dərəcəsini, pedaqoji təsirin təĢkili xüsusiyyətini, özününəzarət
və özünütənzimi və s. aid etmək olar.
Çətinliyi doğuran səbəbin obyektivlik dərəcəsindən asılı
olaraq obyektiv və subyektiv çətinlik, dərk olunma dərəcəsinə
görə dərk olunan və dərk olunmayan çətinlik özünü göstərir.
Pedaqoji təsirin təĢkili xüsusiyyətindən asılı olaraq
aĢağıdakı kimi psixoloji çətinliklər müĢahidə olunur: yeni
proqramla iĢləyə bilməmək, Ģagirdi öyrənə bilməmək, ayrı-
ayrı psixi funksiyaların səviyyəsini qiymətləndirə bilməmək,
Ģagirdi yaranma və inkiĢaf prosesində olan tam bir Ģəxsiyyət
kimi görə bilməmək, Ģagirdləri mənimsəməyə, fənnə, xarici
görkəmə, daha az əqli keyfiyyətə və Ģəxsi keyfiyyətə görə
qiymətləndirmək, Ģagirdlərin əqli xüsusiyyətlərini və
Ģəxsiyyətini psixoloji cəhətdən öyrənmək üsullarına
yiyələnməmək və s. (A.K.Markova).
Özününəzarət və özünütənzimləmə ilə bağlı olaraq öz
qüsurlarını görməkdə, ona nəzarət etməkdə çətinliklər
|