Ümumi psixologiya. Psixologiya 26
26
8 - c i F Ə S Ġ L DUYĞULAR Q ı s a x ü l a s ə
Duyğular haqqında anlayıĢ. Duyğular haqqında məlumat.
Duyğular hissi idrak prosesi kimi. Duyğuların insan həyatında rolu.
Duyğular və analizatorlar. Duyğular haqqında nəzəriyyələr.
Duyğuların təsnifatı. Duyğuların təsnifatı prinsipləri.
Xarici duyğular. Görmə, eĢitmə, dadbilmə, iybilmə və dəri
duyğuları xarici duyğular kimi; kontakt və distant duyğular. Daxili
duyğuların növləri: üzvi duyğular, müvazinət duyğuları. Əzələ
hərəkət duyğuları. Duyğuların əvəz olunma imkanları.
Duyğuların ümumi qanunauyğunluqları. Duyğuların
ümumi cəhətləri. Həssaslıq və hədlər. Mütləq və fərqləndirmə
həssaslığı və hədlər. Adaptasiya. Duyğuların qarĢılıqlı təsiri.
Sensibilizasiya və sinesteziya. Ardıcıl surətlər.
IV.8.1. Duyğular haqqında anlayıĢ Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin,
hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır.
Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı
qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma
hissi sinirlər vasitəsi ilə beynə nəql olunur və nəticədə biz
cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s.
keyfiyyətini hiss edirik.
Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal - hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir . Duyğuları