www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 22
22
IV.7.5. Diqqətin inkiĢafı və dərsdə Ģagirdin diqqətinin səmərəli təĢkili haqqında Diqqət də digər psixi proseslər kimi öz inkiĢaf
mərhələlərinə malikdir. L.S.Viqotski diqqətin inkiĢafı
haqqında yazırdı ki, uĢağın diqqətinin inkiĢaf tarixi onun
davranıĢının təĢkili ilə çulğalaĢır. Genetik planda uĢağın
diqqətinin köklərini onun daxilində yox, uĢaq Ģəxsiyyətindən
kənarda axtarmaq lazımdır.
Əlbəttə biz uĢaqların həyatının ilk aylarında yalnız
qeyri-ixtiyari diqqətlə rastlaĢırıq. Ġxtiyari diqqət rüĢeymləri 1
yaĢın axırında, 2-ci yaĢın əvvəllərində təzahür etməyə
baĢlayır. Ġxtiyari diqqətin inkiĢafında biz xüsusilə oyun
fəaliyyətinin rolunu qeyd etməliyik. Oyun situasiyasında uĢaq
öz hərəkətlərini oyunun qaydalarına uyğunlaĢdırmağı öyrənir.
Məktəbəqədər yaĢlı uĢağın ixtiyari diqqəti öz davamsızlığı,
emosionallığı ilə fərqlənir. Lakin tədricən iradi cəhd və təlim
sayəsində uĢaq öz diqqətini idarə etməyi öyrənir. Qeyd etmək
lazımdır ki, məktəb təlimi ixtiyari diqqətin inkiĢafında
xüsusilə böyük əhəmiyyətə malikdir. Əgər kiçik məktəblilər
öz davranıĢlarını idarə edə bilmirlərsə və onlarda qeyri-
ixtiyari diqqət üstünlük təĢkil edirsə, artıq yuxarı siniflərdə
məktəbli uzun müddət hər hansı fəaliyyət növü ilə məĢğul ola,
öz davranıĢına nəzarət edə bilir. Lakin 13-14 yaĢlarında
müĢahidə olunan və yorğunluğa, əsəbiliyə səbəb olan bəzi
fizioloji dəyiĢikliklər yenidən diqqətin bəzi xüsusiyyətlərinin
aĢağı enməsinə gətirib çıxarır. Lakin bu hadisə nəinki uĢağın
orqanizmində baĢ verən fizioloji dəyiĢikliklərlə, həm də
təəsürat bolluğunun təsiri ilə baĢ verir.
Qeyd etmək lazımdır ki, məktəbdə təlim-tərbiyə iĢinin
təĢkili zamanı hər bir Ģagirdin diqqətinin yaĢ və fərdi
xüsusiyyətləri nəzərə alınmalıdır. Təlim və tərbiyə prosesində