MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə218/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   214   215   216   217   218   219   220   221   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
19 
19 
19 
19 
19 
19 
19 
19 
19 
qrupu birləĢdirərək cavab verir. 
BaĢqa bir misal. Əgər yoxlanana «ü ə n g n a a x b» 
hərfləri yazılmıĢ lövhəni göstərib orada neçə hərf olduğunu 
soruĢsaq düzgün cavab çətin alınaçaqdır. Lakin həmin hərfləri 
bir söz kimi birləĢdirib «günəbaxan» Ģəklində təqdim etsək 
burada 9 hərf olduğunu asanlıqla deyə biləcəkdir. 
Diqqətin davamlılığı 
on
un eyni bir obyekt üzərində 
uzun müddət saxlanılmasında ifadə olunur. Tədqiqatlar 
göstərir ki, insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər, 
yeni əlaqələri aĢkar etməyi bacarırsa onun diqqəti davamlı 
olur. BaĢqa sözlə qavranılan obyekt daima yeni məzmun kəsb 
edərsə bu diqqətin davamlı olmasına gətirib çıxarır. Bundan 
baĢqa diqqətin davamlılığı bir sıra Ģərtlərdən, məsələn, 
materialın çətinlik dərəcəsindən, onun anlaĢıqlılığından, 
subyektin ona münasibətindən, insanın yaĢından və Ģəxsiyyə-
tin bir çox fərdi keyfiyyətlərindən asılıdır. Diqqətin bu 
xüsusiyyətini nəzərə alaraq dərs zamanı hər 10-15 dəqiqədən 
sonra fəaliyyət növlərinin dəyiĢilməsi məqsədəuyğun hesab 
olunur. 
Diqqətin paylanması
 
eyni zamanda 2 və ya daha çox 
fəaliyyət növünü (və ya müxtəlif iĢləri) həyata keçirmək 
qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının zəruri 
Ģərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən 
biri avtomatlaĢmalı, yəni Ģüurun xüsusi nəzarəti olmadan 
həyata keçirilməlidir. 
Diqqətin paylanması insanın psixoloji və fizioloji 
vəziyyətindən çox asılıdır. Yorğunluq halında, diqqətin daha 
çox mərkəzləĢməsini tələb edən fəaliyyət növlərinin həyata 
kecirilməsi zamanı diqqəti paylamaq çətin olur. 
Bununla belə, diqqətin paylanması səviyyəsi eyni 
zamanda icra edilən fəaliyyət növlərinin xarakterindən, 
onların mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri 
sahəsində insanın bacarıq və vərdiĢlərinin avtomatlaĢma 
səviyyəsindən də asılı olur. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin