MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə259/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   255   256   257   258   259   260   261   262   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
64 
64 
qabiliyyətlərindəndir. Onun çoxsaylı pozuntuları geniĢ 
yayılmıĢdır. Baxmayaraq ki, insanların çoxu onun 
pozulduğunu hətta bilmirlər və yaxud da çox sonralar bilirlər. 
Hafizənin pozulması insanın fərdi xüsusiyyətləri ilə də 
bağlıdır. Onların təhlili hafizənin bir daha psixoloji fonomen 
olduğunu təsdiq edir.
 
IV.10.3. Hafizənin növləri və tipləri 
 
Yadda saxlanılan materialların növlərinə görə müvafiq 
olaraq hafizənin aĢağıdakı dörd növü müəyyənləĢdirilmiĢdir. 
Müxtəlif hərəkətlərin və onların yadda saxlanılması, hifz 
olunması 
hərəkət hafizəsi
adlanır. MaĢın sürmək, musiqi 
alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəki hafizə 
peĢə fəaliyyətini icra etmək üçün vacibdir. Sonra gerçəkliyin 
cisim və hadisələrinin keçmiĢdə qavramıĢ olduğumuz 
surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada 
salınmasından ibarət 
surət hafizəsi
formalaĢır. Surət 
hafizəsində hansı analizatorun daha aktiv iĢtirak etməsindən 
asılı olaraq onun beĢ növünü: görmə, eĢitmə, toxunma, iy 
bilmə və dadı ayırırlar. Ġnsan psixikası üçün görmə və eĢitmə 
hafizəsi daha əhəmiyyətli rol oynayır.
Praktiki olaraq hərəkət hafizəsi ilə eyni vaxtda 
emosional hafizə
formalaĢır. Emosional hafizə yaranmıĢ 
hisslərin, Ģəxsi emosional vəziyyətin və affektlərin yada 
salınmasıdır. Həyətdən qəflətən çıxan itdən qorxan Ģəxs uzun 
müddət oradan keçərkən həmin hissləri təkrar yaĢayır. 
Hafizənin ən yüksək, ali növü verbal (sözlü-məntiqli və ya 
semantik) hafizə hesab olunur. Onun köməyilə insanın 
intellektual bazası yaranır və fikri fəaliyyətinin (oxumaq, 
yazmaq, hesablamaq və s.) böyük əksəriyyəti həyata keçirilir.
Verbal hafizə təfəkkürün xüsusi formasının məhsulu 
kimi özündə ana dilinin qrammatik qaydalarının əsasını, 
təhlili və dərk olunmasını ehtiva edir. Yəni materialın 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin