MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə280/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
86 
86 
yüldən yaradıcılıqla yaradılır. Ədəbiyyat, incəsənət yaradıcı 
əmək adamları belə obrazlı təfəkkürə malikdir. 
Nəzəri anlayıĢlar və nəzəri obrazlı təfəkkür yanaĢı 
mövcuddur. Onlar bir-digərini qarĢılıqlı tamamlayır, qarĢılıqlı 
əlaqədə olan varlığın müxtəlif tərəflərini aĢkarlayır. Nəzəri 
anlayıĢlar təfəkkürü mücərrəd olsa da, gerçəkliyi ümu-
miləĢmiĢ, həm də daha düzgün əks etdirir.
 
Əyani-obrazlı
təfəkkür zamanı fikri proseslər fikirləĢən 
insanın ətraf aləmi qavraması ilə birbaĢa bağlıdır və onsuz icra 
olunmur. Fikir hissi – əyani olaraq, insanı gerçək aləmə 
bağlayır. Qısamüddətli və operativ hafizədə təmsil olunan 
obrazlar təfəkkür üçün zəruridir. 
Təfəkkürün bu növündən istifadə etdikdə adam qav-
radığı cisim və hadisələrin, icra etmiĢ olduğu praktik iĢin 
surəti əsasında fikirləĢir. Təfəkkürün bu növü bağça yaĢlı 
uĢaqlarda özünü qabarıq Ģəkildə göstərir. 
Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafi-
zədən əldə edir, sonra dəyiĢdirir. Bu təfəkkür forması mək-
təbəqədər və kiçik məktəb yaĢlı uĢaqlara xasdır. Praktik 
fəaliyyətlə məĢğul olan yaĢlı insanlara da bu təfəkkür növü 
xasdır. 
Əyani-əməli
təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki, 
təfəkkür prosesləri praktik dəyiĢdirmə fəaliyyəti xarakteri 
daĢıyır və insan onu real predmetlərlə icra edir. Məsələ həlli 
zamanı əsas Ģərt müvafiq predmetlərlə uyğun iĢ görməkdir. 
Adətən bu cür təfəkkür konkret praktik fəaliyyətdən kənara 
çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baĢ verir. Ona 
görə də bu cür təfəkkürü eyni zamanda praktik təfəkkür də 
adlandırırlar. BəĢəriyyətin tarixi inkiĢafı prosesində birinci 
növbədə əyani-əməli (praktik) təfəkkür özünü göstərir. Üç 
yaĢına qədərki uĢaqlarda da təfəkkür əsasən əyani əməli 
xarakter daĢıyır. Bu təfəkkür növü istehsal proseslərində 
çalıĢan adamlara da məxsusdur və nəticəsi konkret məhsulun 
hazırlanmasından ibarətdir., 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin