MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə318/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   314   315   316   317   318   319   320   321   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
126 
126 
uzaqlaşdığını görürsünüz. İmtahana gecikməmək üçün 
universitetə qismən yaxın gedən başqa avtobusla getməyə 
qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da 
dolu olduğu üçün sizi götürmək üçün saxlamırlar. Artıq 
sınağa yarım saat qalıdığı üçün məcbur olub taksi 
saxlayırsınız. Yolda tıxac olduğu üçün taksi sizin zənn 
etdiyinizdən də ləng getməyə məcburdu. Elə universitetə 
azacıq qalmış arxadan gələn maşın sizin maşınla toqquşur. 
Sürücü maşını yolun kənarında saxlayaraq, həmin sürücü ilə 
mübahisə etməyə başlayır. Bu halda siz həyəcanla saata baxıb 
imtahana 8 dəqiqə qaldığını görürsünüz. Sürücü «Mən gedə 
bilmərəm» – deyib, yol polisinin gəlməsini gözləyir. 
Sürücünün haqqını ödəyib, qalan yolu piyada getməyə məcbur 
olursunuz. Auditoriyaya girəndə müəllimin sizi soruşduğunu 
eşidirsiniz. Bileti çəkib əyləşəndə, qələmi unudub evdə 
qoyduğunuz məlum olur. Belə bir şəraitdə başınızı əlləriniz 
arasına alaraq durur və yaxında olan tələbə yoldaşınızdan 
qələm istəyirsiniz. 
Yuxarıda göstərdiyimiz misalda, tələbənin düĢdüyü 
psixi vəziyyət onun keçirdiyi emosional hal, frustrasiya 
halıdır. Bu cür halı, psixi vəziyyəti elə dilimizdə iĢlədilən 
əngəllənmə sözü ilə ifadə etmək olar. Onda frustrasiyanı, 
əngəllənmə duyğusu, hissi kimi xarakterizə etmək olar. 
Beləliklə, insanın qarşısına qoyduğu məqsədə nail 
olmasına, onu əldə etməsinə real və xəyali surətdə əngəllər 
törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi 
hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır
. BaĢqa sözlə 
frustasiya insanın hər hansı bir uğursuzluğa, itgiyə əlacsızlıq 
hissi, bihadə sərf olunan cəhdlə müĢayət olunan mənfi – 
emosional təəssüratıdır. 
Frustrasiya əsasən insanın narazılıq və ya təmin 
olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün 
olduqda əmələ gəlir. Frustrasiya özünü itirmək, qəzəb 
aqressiya, küskünlük, həyəcan, inamsızlıq və s. Ģəkildə 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin