www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 129
129
129
129
129
129
129
129
129
təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və
cəmiyyətdəki əxlaq normalarına, qanunlara, baĢqa insanlara,
millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə
gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini
təĢkil edir. Ġnsanların davranıĢı, qruplar arasındakı qarĢılıqlı
münasibətlər, insan mədəniyyətinin məhsulları, incəsənət
əsərləri, cəmiyyətin idarə olunması və birgəyaĢayıĢ qayda-
qanunları, dərk olunması vacib olan problemlər və s. həmiĢə
insanlarda müəyyən hisslər doğurur. Belə hisslər
ali hisslər kimi səciyyələndirilir. Ali hisslərin məzmunu Ģəxsiyyətin
inkiĢaf
səviyyəsindən,
dünyagörüĢündən,
bilik
və
bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv
xarakter daĢıyır.
Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali
hisslərin 4 növü fərqləndirilir:
əxlaqi, intellektual, estetik və praksis hisslər.
Ali hisslər – Ģəxsiyyətin formalaĢması prosesində,
mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir,
məsələn, vətənpərvərlik, inam, dostluq və s.
Sadə (ibtidai) hisslər – isə bütün canlı orqanizmlərin, o
cümlədən, insanların üzvi tələbatlarının təmin olunması ilə
əlaqədar olaraq baĢ qaldırır.
Əxlaqi hissləri həm də mənəvi, dünyagörüĢü hissləri də
adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik
qruplar, kollektivlər, dövlət, idarə və təĢkilatlar, ictimai
hadisələr, insan münasibətləri, mövcud qanunlar, qaydalar və
insanın özü və keçirdiyi hisslər ola bilər. Deməli, əxlaqi
hisslər, müəyyən cəmiyyət daxilində qəbul olunmuĢ əxlaq
normaları
əsasında
sosial
gerçəkliyin
hadisələrinin
qavranılması zamanı insanın keçirdiyi hisslərdir. Ġnsanın
əxlaqi hissləri, müvafiq əxlaq normalarına bəslədiyi
subyektiv münasibətlə bağlı olur.
Əxlaqi hisslər sosial mahiyyət kəsb etdiyi üçün əsasən
ailə, məktəb və digər sosial institutlarda həyata keçirilən