MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə329/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   325   326   327   328   329   330   331   332   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
138 
138 
sistemi ilə qarĢılıqlı təsirdə olan ikinci siqnal sistemidir. Ġradə 
– psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz 
davranıĢ və fəaliyyətini idarə etmək qabiliyyətində, qarĢısına 
qoyduğu məqsədə nail olmaq iĢində rast gəldiyi maneə və 
çətinlikləri aradan qaldırmaqda ifadə edilir. Ġradə - xüsusi 
fəaliyyət forması kimi insandan öz davranıĢını qarĢısına 
qoyduğu məqsədə müvafiq olaraq tənzim etməyi, onunla 
rəqabətə girən baĢqa arzu və istəkləri ləngitməyi, boğmağı 
tələb edir. 
Ġradi iĢi mahiyyətinə görə, həm də ixtiyari iĢ kimi də 
səciyyələndirmək olar. Çünki, hər bir iradi iĢ, baĢqa ixtiyari 
iĢlər kimi qarĢıya məqsədin qoyulması ilə baĢlayır və onun 
yerinə yetirilməsi ilə nəticələnir. Məsələn: eyni otaqda qalan 
tələbədən A – çoxdan yatıb, B – isə yuxusu gəlsə də oturub 
sabahkı seminar məĢğələsinə hazırlaĢır. Bu misallarda hər iki 
tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, 
hər cür sadə iĢi iradi iĢ kimi səciyyələndirmək olmaz. Yerinə 
yetirilən iĢ o zaman, iradi iĢ adlandırıla bilər ki, orada 
müəyyən iradi səy tələb olunsun. 
Yuxarıdakı misalda, B-nin yuxusu gəlsə belə, oturub 
seminara hazırlaĢması, iradi səy hesabına yerinə yetirilmiĢdir. 
Ona görə də, bu cür iĢ iradi iĢ kimi səciyyələndirilir və ikiqat 
ixtiyari adlandırılır.
Beləliklə, iĢin həm motivasiya tərzinə, həm də icra 
mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən 
iradi olmasının göstəricisidir. Beləliklə iradi iĢ mürəkkəb 
xarakter daĢımaqla, ixtiyari iĢin xüsusi formasıdır. Ġradi iĢin 
motivi insanın bilavasitə aktual tələbatları ilə müəyyən 
olunmur. 
İradi işin funksiyaları. 
Ġradə Ģəxsiyyəti xarakterizə edən 
ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə 
yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası. 
Ġnsanın qarĢısına qoyduğu məqsədə nail olmaq üçün 
çalıĢması, bu yönümdə mübarizə aparması, qarĢısına çıxan 
maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin