www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 124
124
altında insan öz iĢini ruh yüksəkliyi, inamla yerinə yetirir.
Mənfi əhval-ruhiyyə isə insanın fəaliyyətinə ləngidici təsir
göstərir. Bir çox hallarda əhvalın yaranması və dəyiĢməsi
böyük emosional təəssürat yaradan, bəzi hissləri canlandıran,
digərlərini zəiflədən müxtəlif həyat hadisələrindən ibarət ola
bilər. Ona görə də birinci növbədə məktəblilərdə pis əhvalın
yaranmasına təsir edən mənbələrin aĢkara çıxarılması, imkan
daxilində onların aradan qaldırılması, məktəbliyə nəzakətli
yanaĢmaq lazım gəlir. Bu prosesdə Ģagirdin fərdi-psixoloji
xüsusiyyətlərinin nəzərə alınması da zəruridir.
Affektlər. Affektlər surətlə yaranan, qüvvətli, nisbətən
tez keçib gedən emosional hallardır. Affektlər insanı tez
bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə
səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi
qorxu, hiddət, qəzəb və s. hisslərə güclü Ģəkildə qapılır.
Adətən, insana qarĢı ədalətsiz, normalara uyğun gəlməyən,
mənliyə toxunan hərəkətlər onu bir anda, sürətlə özündən
çıxarır və kəskin hərəkətlərə yol verməsinə səbəb olur. Ġnsan
bu cür hərəkətlərin icrasına əvvəlcədən hazırlaĢmır. Onun
bütün hərəkətləri Ģüurun nəzarətindən kənar baĢ verir.
Fizioloji affekt adlanan bu hal tez də keçib gedə bilir.
Stress (ingiliscə – stress – təzyiq, gərginlik deməkdir) –
insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb
fiziki, zehni iĢlər görərkən, eləcə də təhlükə zamanı təcili və
məsuliyyətli qərar qəbul etmək zərurəti qarĢısındaqaldıqda
keçirdiyi psixi vəziyyətdir. Mahiyyətcə stress – insanın
keçirdiyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri
həmin emosional vəziyyətin hansı səviyyədə baĢ verməsi ilə
bağlıdır. Belə ki, stress halı bəzi vaxtlarda insanın
məqsədyönlü fəaliyyətinə pozucu təsir göstərir, bəzən isə
əksinə qüvvə və enerjini artırır, fikrin cəmləĢməsinə müsbət
təsir göstərməklə, çətin məsələnin tez və asanlıqla həll
olunmasına Ģərait yaradır. Bu mənada görkəmli Kanada
fizioloqu H.Selye stressi «ümumi adaptasiya sindromu»
adlandırmıĢ və onun üç mərhələdən ibarət olduğunu