MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə350/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   346   347   348   349   350   351   352   353   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
162 
162 
V.16.3. Xarakter haqqında təlimlər tarixindən 
 
Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan 
olmuĢdur.Xarakterin təsnifatı üzrə ilk cəhd Platona 
məxsusdur. O etik prinsiplər əsasında xarakterin tipologiyasını 
yaratmıĢdır. Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində 
yayılmıĢ xarakter tipologiyasını 
Teofrast 
təsvir etmiĢdir. 
Xarakterin tədqiqatına zahiri görünüĢün onun müəyyən 
Ģəxsiyyət tipinə məxsusluğu arasında bağlılıq haqqında elm-
fizioqnomika əhəmiyyətli dərəcədə təsir göstərmiĢdir.
XIX əsrin birinci yarısında xarakter haqqında elm yaran-
mağa baĢladı. Frenologiyanın yaradıcısı Qall insan xarak-
terinin təĢəkkül tapdığı 27 elementar psixi xüsusiyyətləri 
sadalayır, onların arasında artıq – törəmə instinkti, övlada 
məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkt, mübarizəyə və 
özünü müdafiəyə meyillil
yi qeyd etmək olar. 
XIX əsrin sonlarında xarakter problemləri üzrə ilk 
maraqlı əsər
lər
kimi: F.Cordonun “Ġnsanın genealogiya və 
bədəni nöqteyi-nəzərdən xarakter” və F.Polanın “Xarakterin 
psixologiyası” kitabları meydana gəlir.
XX əsrin əvvələrində A.F.Lazurski ilk dəfə olaraq təkcə 
insanın subyektiv xüsusiyyətlərini deyil, həm də onun dünya 
görüĢünü, “ictimai baxıĢlarını” nəzərə alan xarakterin 
psixosial təsnifatını yaratmağı təklif etdi. Lazurski insanın 
ətraf mühitə uyğunlaĢma dərəcəsindən və ətraf mühitin insana 
hansı dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji 
səviyyə ayırd edirdi: 
aşağı səviyyə –
kifayət qədər uyğunlaĢma 
qabiliyyəti olmayan insanlar; 
orta səviyyə
- ətraf mühitdə öz 
yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə 
bilən insanlar; 
ali səviyyə
- yaradıcı səviyyədir. O ətraf mühiti 
dəyiĢdirməyə çalıĢan insandır. 
Bu üç uyğunlaĢma və üstünlük səviyyələrini nəzərə alma 
əsasında Lazurski xarakterin aĢağıdakı təsnifatını təklif 
etmiĢdir: 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin