www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
172
172
edildiyi daxili psixi (psixofizioloji) funksiyaların məcmuunu
nəzərdə tutur. ġəxsiyyətin münasibətini – təbiətə, cəmiyyətə,
mənəvi dəyərlərə münasibətlərinin cəmini isə o “ekzo-
psixika”ya aid etməyi təklif edir. ġəxsiyyətin yetkinliyinin
müxtəlif dərəcələrini nəzərdən keçirərək Lazurski onları üç:
aĢağı, orta yüksək (ali) səviyyələrə ayırır. Səviyyələr arasında
fərqin əs.gasını o endopsixikadan ekzopsixikaya keçiddə
görür.
AĢağı səviyyənin nümayəndələrini Lazurski aĢağıdakı
tiplərə bölür: “dərrakəli”, “tez qızıĢan”, “fəal”. Ehtimal ki,
burada təsnifat müəyyən Ģəxslərin necə hərəkət etdikləri və
necə yaĢadıqlarının əlamətlərinə görə aparılır. Müəllif ali
səviyyəyə insanları aparıcı fəaliyyət növlərində iĢtirakına görə
müəyyən edir. Ali səviyyəyə aid olan Ģəxsiyyətlər nəyə əsl
meylləri olduqlarını (məsələn, “biliyə”, “gözəlliyə”, “altu-
rizmə”) tez müəyyən edirlər.
Beləliklə, demək olar ki, aĢağı səviyyədən ali səviyyəyə
keçərkən A.F.Lazurski insan Ģəxsiyyətinin xarakter əlamət-
lərini Ģəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir.
www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya.
Psixologiya
173
173
173
173
173
173
173
173
173
V 16.5. Xarakterin formalaĢmasının Ģərtləri
Ġnsanın xarakteri adətən sosial amillərin təsiri
altında formalaĢır. Xarakterin formalaĢması problemini
nəzərdən keçirərkən onun eyni zamanda həm sabit, həm də
dəyiĢkən olması prinsipini tətbiq etmək lazımdır. Bundan
baĢqa, Ģəxsiyyətin ən vacib xüsusiyyətlərindən biri olan
xarakter – ictimai tarixi bir kateqoriyadır, ona görə də insanın
xarakterinin formalaĢmasından danıĢarkən həmiĢə sosial
Ģərtlərin təsirini nəzərdə tutmaq lazımdır. Ġnsanın xarakterinin
formalaĢmasına sosial mühitin təsiri hər Ģeydən əvvəl müxtəlif
ictimai formasiyalarda tipik xarakterlərin müqayisəsi ilə sübut
edilir. Kiçik qrupların psixologiyası onun üzvlərinin
xarakterlərinin
formalaĢmasında
böyük
rol
oynayır.
Xarakterin formalaĢmasına eyni zamanda bioloji Ģərtlər də
təsir edir. Ancaq, xarakterin formalaĢmasına irsi təsirin
əhəmiyyətli roluna isnad edərkən çox ehtiyatlı olmaq
lazımdır. A.N.Leontyevin sözlərilə desək, bioloji irsilik
əhəmiyyətsiz sayılmır, ancaq mənimsəmə prosesi ilə
müqayisədə o asılı vəziyyətdə olur.
Xarakterin əlamətlərində cinsi və psixi fərqlərin prob-
leminin həlli üçün bir çox tədqiqatlar aparılmıĢ, hətta kiĢilik-
qadınlığın müəyyənləĢdirilməsi üçün xüsusi testlər də iĢlənib
hazırlanmıĢdır. ġəxsiyyətin xüsusiyyətlərində cinsi fərqlər
ortaya çıxıb. Məsələn, kiĢilər daha özünə güvənən, aqressiv,
inadkar və cəsarətlidirlər, xasiyyət, danıĢıq və hisslərində daha
çox kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq,
xeyirxah və emosionaldırlar.
Xarakterin formalaĢmasının bioloji Ģərtlərindən danı-
Ģarkən fiziki tərbiyənin böyük əhəmiyyətini qeyd etmək
lazımdır.
Ġdmançıların
xarakterində
iradəlilik
xüsusiyyətlərinin tərbiyəsinə həsr olunmuĢ bir çox əsərlər
mövcuddur. Daha ümumiləĢdirilmiĢ formada bu problem
|