MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə510/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   506   507   508   509   510   511   512   513   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
332 
332 
etmək olar. Həmin funksiyalarla bağlı olaraq müasir dərsə 
verilən psixoloji tələblərə nəzər salaq. 
ġagirdlərin fəallığının təmin edilməsi müasir dərsə 
verilən ən baĢlıca psixoloji tələblərdən biridir. Bu mühüm 
tələbin yerinə yetirilməsi, hər Ģeydən əvvəl, təlim prosesində 
mənimsəməyə təsir edən amillərin nəzərə alınması zərurətini
irəli sürür. Təlim psixologiyasında belə amillər iki qrupa 
bölünür: daxili və xarici amillər.
Dərsdə Ģagirdlərin fəallığını Ģərtləndirən daxili 
amillərdən biri onların diqqətinin təĢkil olunmasından 
ibarətdir. Müəllim dərsdə Ģagirdlərin diqqətini səfərbər 
etməklə yanaĢı onu mənimsənilməli olan anlayıĢların mühüm 
əlamətləri üzərinə yönəltməlidir. Müasir dərs elə qurulmalıdır 
ki, ən zəruri informasiyalar Ģagirdlərin diqqətindən kənarda 
qalmasın. 
ġagirdlərin fəallığını təmin etmək, onlarda lazımi və 
davamlı bilik və bacarıqlar aĢılamaq üçün dərsdə öyrənməyə, 
yadda saxlamağa, öyrəndiklərini tətbiq etməyə qarĢı yönəliĢlik 
(ustanovka) yaratmaq zəruridir. 
Müasir dərsə verilən psixoloji tələblərdən biri kimi, 
mənimsəməyə təsir edən xarici amillərdən düzgün və səmərəli 
istifadə olunmasını qeyd etmək olar. Burada dərsdə təlim 
materialının çətinlik dərəcəsi, əhəmiyyətliliyi, mənalılığı, 
strukturu, emosionallığı ilə yanaĢı, ən səmərəli üsul və 
vasitələrdən istifadə olunması da tələb edilir. Müasir dərsi ən 
yeni texniki vasitələrdən istifadəsiz təsəvvür etmək mümkün 
deyildir. Müasir dərs inkiĢafetdirici xarakter daĢımalıdır. 
Bunun üçün dərsdə Ģagirdin yalnız hafizəsinə deyil, 
təfəkkürünə xüsusi olaraq istinad edilməlidir. Ona görə də 
dərs elə təĢkil edilməlidir ki, Ģagirdləri fikirləĢməyə yönəldə 
bilsin. Buna isə dərsdə problemli situasiyanın yaradılması ilə 
nail olmaq mümkündür. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   506   507   508   509   510   511   512   513   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin