MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə512/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   508   509   510   511   512   513   514   515   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
334 
334 
Ģagirdin əqli inkaĢafına da təsir göstərir. 
Psixoloji ədəbiyyatda problem situasiyanın mahiyyəti, 
onun tipləri, dərsdə problem situasiyanın yeri və s. məsələlər 
barədə əsaslı fikirlər irəli sürülmüĢdür. Müəllimin dərsdə 
yaratdığı situasiyanın dörd tipi qeyd olunur.
Birinci
tip problem situasiya ən çox o zaman meydana 
gəlir ki, Ģagird əvvəl əldə etmiĢ olduğu biliklərdən yeni 
praktik Ģəraitdə istifadə etmək zərurəti qarĢısında qalsın. Bu 
zaman Ģagird bilik, bacarıq və vərdiĢinin qənaətləndirici 
səviyyədə olmaması faktını dərk edir ki, bu da onun idrak 
maraqlarının oyanmasına, yeni biliklər axtarmasına səbəb 
olur.
İkinci
tip problem situasiya məsələnin mümkün olan 
nəzəri həlli yolu ilə seçilmiĢ üsulun praktik olaraq həyata 
keçirilməsinin qeyri-mümkünlüyü arasındakı ziddiyyətdən 
doğur.
 
Üçüncü
tip problem situasiya tədris tapĢırıqlarını yerinə 
yetirərkən əldə edilmiĢ praktik nəticələrlə, Ģagirddə həmin 
nəticələri nəzəri olaraq əsaslandırmağa aid biliyin olmaması 
arasında ziddiyyət olduqda meydana gəlir.
Dördüncü
tip problem situasiya daha geniĢ yayılmıĢ 
tipdir. Bu tip problem situasiya o zaman yaranır ki, Ģagird 
qarĢıda qoyulmuĢ məsələni həll etmək yollarını bilmir, tədris 
və ya həyat situasiyasında yeni faktları izah etməkdə çətinlik 
çəkir, daha doğrusu, əvvəlki biliklər yeni faktı izah etmək 
üçün kifayət etmir. 
Təlim psixologiyası sahəsində aparılmıĢ tədqiqatlar 
zamanı müəyyən edilmiĢdir ki, problem situasiyanın ayrı-ayrı 
tipləri təfəkkür üçün müxtəlif Ģərait yaradır. Problem 
situasiyanın əsas tipləri barədə müəllimin biliyi, Ģübhəsiz, bu 
cür situasiyaların yaradılması yollarını müəyyənləĢdirməsinə, 
bununla da Ģagirdlərin idrak fəaliyyətini idarə etməsinə Ģərait 
yaradır. Məhz buna görə də müəllim dərsi müasir tələblər 
səviyyəsinə qaldırmaq üçün həmin cəhətə xüsusi diqqət 
yetirməlidir. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   508   509   510   511   512   513   514   515   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin