MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə22/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
28 
Deməli, xalqın etnogeni ilə mühiti arasında uyğunluq 
olduqda xalq inkiĢaf edir. Onların arasında ziddiyyət olduqda 
isə mənəviyyatda, əxlaqda deformasiya baĢ verir. Bəzən xalqın 
etnogeninə, düĢüncə tərzinə yad, yabançı olanı ona doğru, 
düzgün kimi təqdim edir, inandırmağa çalıĢırlar. 
Psixoloji fikrin inkiĢaf mərhələlərinin müəyyənləĢdiril-
məsində Ģifahi xalq ədəbiyyatının, klassiklərimizin yaratdıqları 
əvəzsiz xəzinədir. 
«Kitabi-Dədə Qorqud»da baĢlıca ideyalardan biri əsarət-
dən, mütilikdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üs-
tün tutulmasıdır. Etibar, inam, sədaqət, ləyaqət aparıcı 
xətlərdən birini təĢkil edir. Beyrəyin niĢanlısı yalnız onun 
dirisinə yox, ölüsünə də sadiq qalacağını bildirir: «Erkək sinəyi 
(milçəyi) üzərimə qondurmam», - deyir. 
Dastanda ən çox diqqəti cəlb edən azadlıq, azad fikir, 
qadın və kiĢi bərabərliyi, qadının uca, yüksək tutulmasıdır. 
Qanlı Qoca oğlu Qanturalı evləndirmək istəyir və ondan nə 
sayaq qız itsədiyini soruĢur. Qantural deyir: «Baba, mən 
yerimdən durmadan ol durmuĢ ola, mən qanlı kafər əlinə 
varmadan ol varmıĢ, mənə baĢ gətirmiĢ ola». 
Mərdlik, məğrurluq, qeyrət eynilə qıza, qadına da xas 
olub. Ərləriylə, sevgililəriylə bir meydanda döyüĢən qadınlar 
eyni zamanda onların qürurunu sındırmamağa, kiĢilərin 
yanında qürrələnməməyə çalıĢıblar: «Öyünərsə ər öyünsün – 
aslandı. Öyünməklik övrətlərə böhtandır. Öyünməklə övrət ər 
olmaz», - deyiblər. 
Dədə Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləya-
qət, Ģərəf, nəciblik anlayıĢları azərbaycanlı psixologiyasının, 
xarakterinin təməlidir. Zaman-zaman dəyiĢən, zənginləĢən, 
bəziləri itib-batan, bir çox keyfiyyətləri deformasiyaya uğrayan 
azərbaycanlı psixologiyasının etnogeni, nüvəsi Dədə Qorqud 
dövründə təĢəkkül tapmıĢ, formalaĢmıĢdır. 
Dədə Qorqud fəlsəfəsi bəĢəridir, ölməzdir, insanı saflaĢ-



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin