www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 153
153
153
153
153
153
153
153
153
ekstravertlik yüksək olur. Müvazinətsiz olurlar.
Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həd-
dindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa
məruz qaldıqda buna əhəmiyyət vermirlər. ĠĢə dərhal gi-
riĢmirlər, lakin baĢladıqları iĢi axıra qədər yerinə yetirirlər.
Onlarda plastiklik aĢağı, rigidlik yüksək olur. Onların
mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə
keçirə bilirlər, yeni Ģəraitə çətinliklə alıĢırlar. Fleqmatiklərdə
daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. VərdiĢ və
adətlərini olduqca ləng dəyiĢə bilirlər. Bunlarla yanaĢı
fleqmatiklər olduqca iĢgüzar olurlar. Dözümlü və özlərini ələ
ala biləndirlər. Onlar asanlıqla özlərindən çıxması olmur. Yeni
adamlara çətin alıĢırlar.
Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən
artıq yüksək olur. Kiçicik bir iĢdən, hərəkətdən dərindən təsir-
lənirlər. Hədsiz dərəcədə küsəyəndir. Mimika və hərəkətləri
dərindən ifadəli deyildir. Səsləri zəif, hərəkətləri süstdür.
Onlarda özlərinə inam hədsiz dərəcədə aĢağı olur. Kiçik
uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu
yaradır. HəmiĢə baĢqalarının onların halına yanmalarına göz-
ləyirlər. Həddindən artıq təklikliyə qapılırlar. O tez ruhdan
düĢür, bəzən gücü çatan iĢi belə axıra qədər yerinə yetirmir.
Onlarda introvertlik yüksək olur.
Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir
tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu
tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür.
Lakin bunlardan birinin əlamətləri üstünlük təĢkil etdikdə
adamı həmin tipə aid edirlər.
Bütün bunlarla yanaĢı olaraq temperamentin bu tiplə-
rindən birini yaxĢı, digərini pis adlandırmaq olmaz. Hər tipin
özünəməxsus müsbət və mənfi cəhətləri vardır.